sat-group-asan-innovativ-inkisaf-merkezi-ile-emekdasliga-basladi--

"SAT Group" ASAN İnnovativ İnkişaf Mərkəzi ilə əməkdaşlığa başladı!

"SAT Group" ASAN İnnovativ İnkişaf Mərkəzi ilə əməkdaşlığa başladı!

        Kadr potensialının gücləndirilməsi, yerli və qlobal bazarda şəxsi və peşəkar inkişafa xidmət edən təlim xidmətlərinin və digər inkişaf proqramlarının təqdim edilməsi məqsədilə bir sıra uğurlu təlim şirkətləri ilə əməkdaşlığa başlayan ASAN İnnovativ İnkişaf Mərkəzi bu dəfə "SAT Group" MMC ilə Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalayıb.

         Memoranduma əsasən, birgə əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlər üzrə təlim planı və proqramlar hazırlanacaq, şəxsi və peşəkar inkişafa xidmət edən layihələr, tədbirlər, proqramlar, kurslar və s. təşkil ediləcək, həmçinin hüquqi və fiziki şəxslərin ehtiyaclarına uyğun olaraq bilik, bacarıq və səriştələrin formalaşdırılması və ya artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçiriləcək.