sat-group-sahibkar-qaziler-ve-sehid-aile-uzvleri-ucun-odenissiz-pesekar-idarecilik-kursu-heyata-kecirir--

SAT Group sahibkar qazilər və şəhid ailə üzvləri üçün ödənişsiz “Peşəkar İdarəçilik” kursu həyata keçirir

        2014-cü ildən ölkəmizdə ən çox satış, marketinq təlimləri həyata keçirən SAT group sahibkar qazilər və şəhid ailə üzvləri üçün ödənişsiz “Peşəkar İdarəçilik” kursu həyata keçirir.
        “Peşəkar İdarəçilik” təlimi yalnız işçiləri olan sahibkar qazilər və şəhid ailə üzvləri üçün nəzərdə tutulub. Zəngin idarəçilik təcrübəsinə sahib təlimçilərimiz tərəfindən keçiriləcək kurs praktiki formada, praktiki misallar, situasiya oyunları, tapşırıqlar şəklində olacaq.
        “Peşəkar İdarəçilik” təlimində öyrənəcəkləriniz:
• İdarəçilik haqqında əsas prinsiplərin öyrənilməsi,
• Planlı işləmə qaydalarının öyrənilməsi,
• İş yerində motivasiya tədbirləri,
• Düzgün kommunikasiya, konfliktlərin idarə olunması,
• Planlama və təşkilatçılıq.
• Performansın idarə olunması, komanda quruculuğu.

Təlim müddəti: 1 ay
Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq anket sorğusunu doldurmağınız xahiş olunur.