Satış texnikasını dərindən öyrənmək istəyənlərin nəzərinə!
Satış texnikasını dərindən öyrən və satış gücünü iki qatla!
Strategiyanı qur, müştərini inandır və satışı tamamla! “Be Ustad”ın “Satış texnikaları” təlimlərinə qatıl, üç sehrli addımla biznes mühitinin axtardığı adama çevril.
“Be Ustad”ın “Satış texnikaları” kursunda öyrəndiklərində sən müştərinin inamını qazanmağı, onun ehtiyac və gözləntilərini, xarakter analizini, suallarını səbrlə cavablandırmağı və məhsulunun satışını tamamlamağın bütün yollarını öyrənəcəksən.
Kursun sonunda özünə olan inamın artacaq və satış hədəflərinə rahatlıqla çatdığını görəcəksən.
Tanınmış konsultant Anar Həsənovun rəhbərliyi ilə keçiriləcək təlimlərdə iştirakçılar müasir dövrün satış trendlərini öyrənəcək, müştəri davranışlarına təsir edən bütün amilləri doğru analiz etməyə başlayacaq.
Karyerasını satış sahəsində qurmaq istəyən gənclər, hazırda satış üzrə mütəxəssis və ya menecer kimi çalışanlar və bu sahəyə marağı olan hər kəs “Be Ustad”ın təlimlərinə qatıla bilər.
Azərbaycan dilində tədris ediləcək təlimin müddəti 12 saat – 3 həftədir.
Təlim həm nəzəri, həm də praktiki bilikləri əhatə edəcək. Təlimlər individual və qrup halında təşkil edilən interaktiv tapşırıqlarla həyata keçirilir. Təlim zamanı interaktiv tapşırıqların videoçəkilişi aparıla bilər. Bu, iştirakçıların prosesdən sonra özlərini kənardan izləyib obyektiv qiymət vermələri üçün həyata keçirilir.
“Satış texnikaları” təlimin mündəricatı:
1. Satış nədir? Satış haqqında ümumi məlumat.
2. Müştəri xidmətlərində ilk təəssüratın yaradılması və ünsiyyət texnikaları.
3. Müştərilərlə iş və satış texnikaları
4. Çətin müştərilər, etirazlarla iş.
Təlimçi/konsultant Anar Həsənov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (Bakalavr, Magistratura və Doktorantura) təhsil alıb. O, təlimçi kimi Parabank, VRC Consulting, Baku Business School, “ASAN xidmət”, “ASAN Radio”, Maliyyə Bazarlarına Nəzarət Palatası, Fransa, Türkiyə, Ukrayna, Rusiya, Belarusiya, Qazaxıstanda müxtəlif təlimlərdə iştirak edib.
XÜSUSİ QEYD: Satış sahəsində əmək haqqı aralığı 800-5000 AZN arasında dəyişir.
Əlaqə nömrəsi:
051 561 49 45