"Satışda karyera" adlı onlayn vebinar təşkil olunacaq
Satış sahəsində karyera qurmaq istəyənlər üçün Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən "Satışda karyera" adlı onlayn vebinar təşkil olunacaq.
Vebinarın məqsədi satış sahəsinə marağı olan gənclərin düzgün istəqaməti seçmələrinə və karyera planlamalarına yardım etməkdir.
Qeyd edək ki, vebinar 21 sentyabr, saat 20:00-da "Zoom" platformasında keçiriləcəkdir.