sdg-bootcamp--dayaniqli-inkisaf-meqsedleri-uzre-bootcamp--

SDG Bootcamp- Dayanıqlı İnkişaf Məqsədləri üzrə "Bootcamp"

SDG Bootcamp- Dayanıqlı İnkişaf Məqsədləri üzrə "Bootcamp"

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə ATGTİ tərəfindən həyata keçirilən "AzMUN" programı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində "SDG Bootcamp" təşkil olunacaq.

 "Bootcamp" 1,2,3, və 4-cü Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunacaq. Layihənin məqsədi gəncləri bu məqsədlər haqqında marifləndirmək və məlumatlandırmaqdır.

 "Bootcamp" çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BMT-nin agentliklərinin nümayəndələri tərəfindən interaktiv təlim və qrup işləri keçiriləcək, sonda qalib komanda mükafatlandırılacaqdır.

 Qeyd: Bütün ali təhsil müəssisələrinin tələbələri müraciət edə bilərlər.

 "Bootcamp" azərbaycan dilində keçiriləcəkdir.

Tarix: 14 Mart 

Saat: 14:00-16:00

 Seçilən iştirakçılara e-mail vasitəsi ilə təsdiq mesajı göndəriləcək.