sebekelesme

Şəbəkələşmə

Yeni insanlar əhatəsində sıxılma, diqqət mərkəzindən qaçma, qısa cavablar və eyni tanışlar əhatəsində təhlükəsiz zonada qalmaq. Tanış gəlirsə uğur qazanmaq üçün effektiv şəbəkələşmə bacarıqlarını mənimsəmək üçün doğru məkandasınız. 
Bir introvertin qorxulu yuxusu – yeni əlaqələr. Ünsiyyəti sevmirsinizsə, və ya ünsiyyət bacarıqlarınız az inkişaf edibsə, bu əvvəl yeni əlaqələr qurmanıza problem yarada bilirdi. Lakin səbəbini öyrənib, inkişaf etmək üçün heç vaxt gec olmadığından, hazırda bərabər, şəbəkələşmənin faydalarına nəzər salaq.  Texniki revolusiya, kompyuterləşmə, internet aludəçiliyi, global pandemiya  kimi amillər insanları fiziki olaraq bir-birindən uzaqlaşdırsa da işgüzar təcrübədə ən çox tələb olunan faktor kimi qiymətləndirilir. Bu gün, geniş şəbəkəyə malik, yeni əlaqalərə açıq işçilər həm social həyatda həm də işdə uğur qazanırlar. 
Ən yaxşı ünsiyyət vizit kartlarının mübadiləsi deyil, orijinal əlaqələrdən başlayır. Kiminlə əlaqələr qurmağa çalışdığınızdan asılı olmayaraq, işgüzar əlaqə kimi yox, dost münasibəti qursanız əlaqələrinizdə daha da irəliləyəcəksiniz. Beləliklə, potensial dostunuza ilə ortaq bir şey tapın, asanlıqla, zarafat edin və hər şeydən əvvəl diqqət göstərdiyinizi nümayiş etdirin.
Təcrübələr göstərir ki, daima yeni əhatədə və informasiya mübadiləsi ilə üzləşən bu kimi şəxslər işdə daha proaktiv və yeni biliklərə, inkişaf etməyə açıq olurlar.  Bir misal gətirsək, işə qəbul zamanı, şəbəkəsi geniş olan işə götürən sizin haqqınızda asanlıqla məlumat ala bilər. Sizin də bir çox əlaqələr yaratmış, özünü kifayət qədər peşəkar təqdim etmiş və insanlara tanıtmış potensial işçi olduğunu eşidən istənilən işə götürən üçün dəyərli kadra çevrilə bilirsiniz. Digər nümunə, gizli deyil ki, bəzi məhşur və beynəlxalq şirkətlər iş elanı paylaşmır. İşçilər məhz şəbəkələşmə nəticəsində vakansiya haqqında məlumat alırlar ki, bu da bir növ iş axtaranın bacarıqlarını ilk addımda göstərmiş olur. 
Təsəvvür edək ki, yeni işdə sizi korporativ görüşə dəvət ediblər, bu şəbəkələşmə və yeni biznes əlaqələri qurmaq üçün əla fürsətdir. İlk addımlar nə ola bilər? Maraqlanmaq- daima axtarışma, yeni informasiya mübadiləsində fəal iştirak etmək. Spesifik suallar hazırlayın, bunu bədahətən edə bilmirsinizə əvvəlcədən araşdırıb məşq edin. Çox danışmaqla özünüzü gözə salmaq təəssuratı yaratmaqdansa, əla dinləyici olun, həmsöhbəti özün yönəldin, danışmasına və paylaşmasına imkan tanıyın. 
Verbal və qeyri-verbal ünsiyyət bacarıqlarından səmərəli istifadə edin. Bəzən vaxtında biruzə edilmiş gülümsəmə situasiyanı xilas edə, əlaqəsiz söz isə hər şeyi məhz edə bilər.
Yaddaş önəmlidir- adları və maraq dairələrini xatırlayın. Psixoloji olaraq haqqında nə qədər çox məlumatınız varsa, qarşı tərəf də sizi bir o qədər tanımaq istəyəcək. 
Zaman ayırmaq önəmlidir, hazırki erada vaxt puldan dəyərlidir. Öz maraqlarınız olsa da, iş həyatında qeyri-formal münasibətlər qurmaq da önəmlidir. Bəzən işdən sonra bəzən digər məkanda toplaşmaqdan, əhatəndəki insanları qeyri-formal mühitdə tanımaqdan çəkinməyin. Sizin onlara ayırdığınız vaxt əslində elə sizin öz uğurunuza gətirə biləcək. Lakin bu o demək deyil ki, şəxsi işlərinizi qoyub, bütün məqsədi həmin insanlara fokuslayasınız. 
Kömək istəmək- çox zaman xüsusilə iş həyatında hər birimiz kifayət qədər təcrübəli və peşəkar görünmək xətrinə dəstək üçün müraciət etmirik. Lakin bu xüsusiyyət şəbəkələşmək üçün maraqlı vasitədir. Hər hansı məlumatı bilirsinizsə  belə əlaqədə olmadığınız və ya vəzifəcə üstün işçilərdən  məsləhət və ya fikir almağa çalışın, onlara verdiyiniz dəyər kimi qəbul edilə və əlaqədə olmağa şərait yaradacaqdır. 
İşgüzar həyatınızda şəbəkələşmə hansı peşədə olmağınızdan aslı olmayaraq sizə daim dəstək olacaq xüsusiyyətlərdən biridir. 
Həmçinin unutmaq lazım deyil ki, şəbəkələşmə nə dərəcədə önəmli olsa da, bir o qədər də təhlükəli ola bilər. Hansı insanlarla, şirkətlərlə və məhsullarla əlaqədə olmağınız işgüzar reputasiyanıza necə təsir edəcəyini düşünün. İnsanlar arasında vəzifə bölgüsü aparmayın, hər kəslə yaxşı və peşəkar münasibət qurmaq sizə bir o qədər fayda verəcək. 
Uğurlu insanlarla uğura doğru, sizi şəbəkəni genişləndirməyə qorxmamağa dəvət edirik.