seliqeli-ve-planli-olmaq-size-nece-tesir-gosterir

Səliqəli və planlı olmaq sizə necə təsir göstərir?

       Mütəşəkkil olmayan bir evə sahib olmaq, nizamsız bir zehnə səbəb ola bilər. Eviniz dağınıqdırsa, yəqin ki, əşyaları hara qoyacağınıza və necə təmizlənəcəyinizə diqqət yetirməkdə çətinlik çəkirsiniz, bu da əsəb və stresə səbəb olur. Səliqəli, təmiz bir evi dağınıq bir evlə müqayisə edin. Hər iki hal sizdə necə hisslər yaradır? Təmiz ev yəqin ki, sizi rahatlaşdırır, dağınıq versiya isə sizi narahat edir və ev təmizliyi ilə mental sağlamlıq arasında birbaşa əlaqə olduğunu göstərir. Nizamlı olmağın mental sağlamlığa faydalarına nəzər yetirək.

  • Konsentrasiya

Xaotik, nizamsız şəraitdə yaşamaq diqqətinizi toplamaq qabiliyyətinizə təsir edə bilər. Diqqətinizi vacib işlərə cəmləyə bilmədiyinizi görə bilərsiniz, çünki ətrafa baxdığınız zaman bütün görülməli olan başqa işlərin də olduğunu görürsünüz. Sola baxanda nəzərdən keçirməli olduğunuz bir yığın köhnə imeyl görürsünüz və başınızı sağa çevirəndə daşan zibilləri atmaq lazım gəldiyini anlayırsınız. Bu stress sizi zehni olaraq yora bilər.
Kiçik şeylərdən başlayın. Bir neçə problemi həll etmək üçün qarşınıza məqsəd qoyun. Bu, özünüzü tamamlanmış hiss etdirəcək və yavaş-yavaş dağınıqlıqdan xilas olacaqsınız. Bu işlərin öhdəsindən gəldikdən sonra diqqətinizi daha vacib işlərə yönələ bilərsiniz və bundan sonra ətrafınızdakı dağınıqlıq sizi narahat etməyəcək.
Lazımsız əşyaların atılması və ya kiməsə verilməsi dağınıq bir evi təmizləməyə kömək etmək üçün bir başqa yoldur. Zibil, satılacaq və bağışlanacaq əşyalar üçün ayrı qutular hazırlaya bilərsiniz. Bəlkə də istifadə etmədiyiniz və illərdir bir küncdə qalan içərisində boyalarınız və fırçalarınızın olduğu qutunuz var. Bu qutunu artıq atmağın və ya çeşidləməyin vaxtıdır.

  • Stressdən azad olmaq

Otağın təmizlənməsi və təşkili stress və narahatlığı azaltmağa kömək edə bilər. İstər gündəlik texniki təmizlik, istərsə də dərin təmizlik işləri ilə məşğul olmağınızdan asılı olmayaraq, evinizi təmizləmək üçün əllərinizi çirkləndirdikcə fiziki və emosional olaraq özünüzü daha yaxşı hiss edəcəksiniz. 
Fiziki işlə məşğul olmaq (bu, toz silmək, xalça təmizləmək və s. ola bilər) stressi azaldır. Nəzarəti ələ alırsınız və bu, yaxşı hiss etdirir. Üstəlik, etdiyiniz hər hansı fiziki fəaliyyət stress və narahatlığı azaltmağa kömək edən endorfin ifrazını təmin edir. Güclü təmizləmə həm də mənfi emosiyalarınızı müsbət bir şeyə yönəltməyin ən yaxşı yollarından biridir.
Stressi azaltmaq əslində nə yediyinizə də təsir edə bilər. İnsanlar tez-tez sağlam olmayan rahat yeməklər yeyərək zehni gərginliklə mübarizə aparırlar. Stress səviyyənizi azaltmaq daha sağlam seçimlər etməyə səbəb ola bilər.

  • Motivasiya

Bu təmizlik prosesi həyata keçirdikdən və nəticələri görməyə başladıqdan sonra prosesi davam etdirmək istəyəcəksiniz. Bir siyahı tərtib edib, ona uyğun hərəkət etsəniz, işləri tamamladıqca proses sizi motivasiya edəcək. Bu yeni motivasiya həyatınızın bütün sahələrində öz əksini tapacaq. Özünüzə və imkanlarınıza daha müsbət yanaşacaqsınız.
Yuxarıda qeyd edilən məqamlar mental sağlamlığa təsir edən əsas nüanslardır. Lakin aqeyd etmək lazımdır ki, bu sadaladıqlarımızla yanaşı başqa müsbət təsirlər də vardır.