sen-de-sge-de-oz-klubunun-rehberi-ola-bilersen--

SƏN də SGE-də öz klubunun rəhbəri ola bilərsən!

Diqqət! GƏNC, artıq SƏN də SGE-də öz klubunun rəhbəri ola bilərsən!

Öz biliyinə və bacarıqlarına güvənirsənsə, komanda işinin təşkilində uğurla iştirak etmək istəyirsənsə, aşağıda qeyd olunan klubların tərkibində olan bölmələrin rəhbəri ola bilərsən!

İnnovasiya klubu - "InfoTech" qrupu, "Robotech" qrupu, "MetaTech" qrupu;

Yaradıcılıq klubu - "Teatr" qrupu, "Musiqi" qrupu, "ŞHK" (stand-up) qrupu, "Rəsm" klubu, "Rəqs" qrupu;

Sosial fəaliyyətlər klubu - "Gənc Ekoloqlar" qrupu, "Kino" qrupu, "GameZone" qrupu, "Ekskursiya" qrupu;

Vətənpərvərlik klubu -"Zəfər" qrupu, "Qələbə" qrupu, "Gənc Azarkeşlər" qrupu;

Təlim və inkişaf klubu - "İntellektual Oyunlar" qrupu, "Təlimlər" qrupu, "Xarici dil" kursu, "Debat" klubu, "Karyera" qrupu, "PR, SMM və Qrafik dizayn" qrupu, "Beynəlxalq Əlaqələr" qrupu, “Tarix” qrupu, “Tibb” qrupu;

Analitik tədqiqat klubu - "Database" qrupu, "Gənc Tədqiqatçılar" qrupu;

Onlayn fəaliyyətlər klubu.

Qrup rəhbəri olaraq könüllü çalışacaq gənclərimizi axtarırıq!

Tələblər:

-Komandada işləmə bacarığı;

-İdarəetmə bacarığı;

-Ünsiyyətcil;

Təşkilatçılıq;

-Təşəbbüskarlıq;

14-29 yaş arası gənclərimiz müraciət edə bilərlər.Seçmək istədiyiniz klubu və bacarıqlarınızı linkdən qeydiyyatdan keçərək, müraciət edə bilərsiniz.

Son müraciət tarixi: 3 iyun