seni-xususi-eden-nedir

SƏNİ xüsusi edən nədir?

Adi səslənsə də əslində hamımız fərqli, xüsusisik, və bunun klişe olması, yalan olduğu mənasına gəlmir. 

Səni də fərqli edən, xüsusi edən amil mövcuddur. Bəs bunu bilmək niyə önəmlidir? 
Yaş və təcrübə artdıqca, bizi başqalarından fərqləndirən cəhəti bilmək vacibdir.  Xüsusən də sosial medianın, televiziya və digər informasiya mənbələrinin yaratdığı şərait nəticəsində insanların ümumiyə və kütlədən qpma qorxusuna görə insanlar öz unikallığını görmür və ya tapa bilmir. Reklamlar bizə standartlar təklif edir, manipulasiya edir. Gözəl, yaraşıqlı, uğurlu, əyləncəli, və s olmaq trend halına salınıb, bizə təqdim edilir. Seçim etdiyimizi düşünürük, lakin seçim artıq edilmiş olur. Nəticədə eyni brend adlı, xarici görünüşlü, düşüncə tərzli insanlar formalaşır. Belə toplunu idarə etmək asandır. Lakin sən xüsusi olduğunu, özünü sübut etmək üçün kütlə ilə ayaqlaşmamalı, öz uğurun arxasınca gedə biləcəyinə inanan şəxsiyyət olduğunu bilməlisən. 
Özünü tanıdıqda, səni unikal edən güclü tərəflərini və istedadlarını asanlıqla bilib, karyeranda tədbiq edəcəksən. Bu səbəbdən ilkin olaraq, özünü analiz etməli, bacarıqlarını tanıyıb, istifadəyə açıq olmalısan.
Sənə bu mərhələdə kömək ola biləcək addımlardan biri, şəxsiyyətin haqqında düşünməyindir. Sən nə təsəvvür edirsən? Hansı xüsusiyyətlər səni ən çox fərqləndirir? Sevdiklərindən, səni yaxşı tanıyanalardan səni hansı xüsusiyyətlərinə görə unikal gördüklərini soruşa bilərsən.
Öz keyfiyyət və əlamətlərini bilərək, situasiyaları ələ ala, öz işlərini özün idarə etmə gücünə sahib olacaqsan. Bu anlayış bilavasitə özünə güvəni artırır və öz növbəsində karyeranda uğur qazanmana şərait yaradır. Lakin bununla iş bitmir.
Anlamaq üçün səni dəstəkləyən şəbəkənə nəzər yetir. Digər insanlardan səninlə qarşılıqlı əlaqədə ən çox nə istədiklərini soruşa bilərsən. Bu şəxsi brendin üçün də faydalıdır. 
Vərdişlərin nədir? Ən yaxşı saydığın vərdişlərin hansılardır? Daha çox nə ilə fəxr edirsən? Ən böyük nəaliyyətin nədir?
Bu suallara cavab axtar lakin hadisələri tələsdirmə, özünə zaman ver. 
Beləliklə, addım addım ən güclü tərəflərini və həqiqətən səni xüsusi edən amilləri müəyyən edə biləcəksən. 
Nəticədə beyin yalnız səhvlərinə və ya çatışmazlıqlarına deyil, bacarıqların ilə fəxr etmənə şərait yaradacaq.
Daha sonra özünü fərqli, xüsusi maraqlı şəxsiyyət kimi qəbul etdikdə qərarların üçün bir yol xəritəsi təmin edə biləcəksən. Artıq nəyi və necə istədiyini daha yaxşı bilib, addım atacaq, insanların təsiri altına düşməyəcəksən. 
Həmçinin çətinlikləri idarə etmək də daha asanlaşacaq. Axı sən özünü tanıyır, individuallığının fərqindəsən.
Ən önəmlisi də o xüsusi edən amilləri topladıqdan sonra, səni məyus edəcək ilk səbəbə görə hər şeyi atma. Hər bir kəsin unikal olduğu, xüsusi edən amil vardır, lakin məhz çətinliklər ilə bunu kəşf edib, inkişaf edirik. Bu səbəbdən bir kərə buna unanıb, nəticəsini görsən, daha heç nə sənə əksini sübut edə bilməz. 
Özünü tanı və addım addım icra etməyə çalış. Faydasını bir müddət sonra mütləq görəcəksən. 

Uğurlar!