sentyabrda-3-mine-yaxin-sahibkar-ve-biznese-baslamaq-isteyen-sexs-kobia-nin-telim-ve-meslehet-xidmetinden-yararlanib--

Sentyabrda 3 minə yaxın sahibkar və biznesə başlamaq istəyən şəxs KOBİA-nın təlim və məsləhət xidmətindən yararlanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlara, biznesə başlamaq istəyənlərə və startaplara ehtiyaclarına uyğun olaraq təlim və məsləhət xidmətləri göstərilir.

Sentyabr ayında 3000-ə yaxın sahibkar və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs Agentliyin KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən təşkil olunmuş 220-dən çox biznes təlimindən faydalanıb. Təlimlər biznesin planlaşdırılması və inkişafı, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və digər istiqamətləri əhatə edib.

Həmçinin, ötən ay KOBİM-lər tərəfindən 260 sahibkara biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə məsləhət xidməti göstərilib.

Sentyabr ayında KOBİM-lər tərəfindən Bakı şəhəri və regionlar üzrə 13 yeni KOB subyektinin yaradılmasına lazımi dəstək göstərilib.