sexsi-brendinq

Şəxsi brendinq

Brend dedikdə ağlınıza ilk nə gəlir? Məhsul adlarından savayı öz brendiniz haqqında düşündünüzmü?  Şəxsi brendin yaradılması mürəkkəb məsələ kimi səslənə bilər. Lakin xüsusən də iş həyatında bizi necə tanımaları, reputasiyamız, dəyərlərimiz əslində çox məsələlərə və əsas da uğura təsir edir. 
Ümumilikdə bazar araşdırması onu sübut edir ki, bizi əhatə edən hər şey, insanlar qarışıq, reklamdan ibarətdir. Məqsəd uğurlu anlaşma tənzimləyib, reklamın tələblərini yerinə yetirməkdir. Sadə dildə qeyd etsək, bu alış-satış prosesidir. Məsələn, müsahibə prosesində tərəflər alıcı və satıcı rolunda təmsil edilərək ortaq məqsədə gəlirlər ya da razılaşmırlar. Bu məqamda əsas amil şəxsi brendin əvvəlcədən öz sözünü deməsidir.
Beləliklə, burada siz cəlbedici, unikal və maraqlı şəxsi brend yaratmaq üçün 10 QIZIL qayda ilə tanış olacaqsınız.  
Məqsədli olmaq- hər kəsin istək və arzuları var, lakin qarşıya qoyulan məqsəd arxasınca irəlləyən şəxsi brend, yeni təkliflər və imkanlar yaratmış olacaq. Daima məqsədin reallaşması üçün yönəlmiş enerji uğurlu şəxsi brendin təməlidir. 
Hekayə- diqqət yetirsək hər bir dövlət başçısı, lider, məhşur şəxş ictimaiyyətə müraciətlərində mütləq bir şəxsi hekayə əlavəsi edir. Bunun məqsədi dinləyicilər arasında bir inam, dəyər və rahatlıq bağlantısı yaratmaqdır. Uğur hekayəsi və ya uğursuzluq hekayəsi sizin şəxsi brendinizə çevrilə bilər. 
Səhv etməkdən qorxmayın- mükəmməllik uğrunda can atan kütlə arasında səhv etməkdən qorxmadığınızı göstərin. Bu şəxsi brendin ən maraqlısıdır. Mənfi tərcübənin müsbət reaksiya gətirməsi, insanların sizi öyrənməyə, öz üzərində işləməyə, yaşamaqdan qorxmayan şəxs kimi tanıyacaq ki, şəbəkələşmə üçün əla fürsətdir. 
Kreativ yanaşma- xüsusən son on illikdə sürətlə dəyişən innovasiyalar insanlarda daima yeniliyə aclıq formalaşdırır. Rutin iş prinsipi, işlədilmiş və mövcud reallıqlar insanlar tərəfindən diqqətsiz qalır. Şəxsi brendi tez inkişaf etdirmək üçün ətraf fikrindən və qınaqdan çox yeni və kreativ yanaşmaya fokuslanın. İlk baxışda ağla sığmaz bir təklif, CV, proyek ideaysı, start up və s sizi gözləmədiyiniz məqama çatdıra bilər. Əsas odur özünüzə inanın.
Müsbət aura- xüsusən iş həyatında hər kəsin ciddi, gərgin və məşğul olduğu bir mühitdə positive olmaqdan heç zaman çəkinməyin. Ətrafınıza qarşı göstərdiyiniz diqqət və qayğı, müsbət aura və zaman, daim müsbət nəticələr ilə geri dönəcək.  Xüsusən iş görüşmələri və yeni əlaqələrin qurulmasında vacib olan bu amil, təcrübədə sizə kifayət qədər uğur qazandırar. 
Qoy başqaları danışsın- bəzən ən yaxşı şəxsi reklam öz dilindən deyil, başqalarının tövsiyyəsi ilə daha müsbət effekt verir. Bu üsuldan bir çox məhsul markaları da istifadə edir, məhşur influencerləri dəvət edərək sanki onların dilindən olaraq məhsulun reklamını etmiş olurlar. Eyni formula insanlar arası münasibətdə də istifadə oluna bilər. Şəbəkənizin genişliyi və insanlarda peşəkar işçi obrazınız, sizə onlar tərəfindən məsləhət görülmənizə kömək edə bilər. İş axtaranalar üçün əla vasitədir.
Uğur qazanmış nümunə- şəxsi brendin formalaşması üçün istifadə olunan üsul artıq uğur qazanmış nümunəni izləməkdir. Yəni daim heyran olduğun və çatmaq istədiyiniz obraz sizə bu formada şəxsi brend yaratmağınıza kömək edəcək. 
Peşəkarlıq- təbii ki, iş həyatında hər kəs onsuz da peşəkar görsənmək istəyir. Lakin qəbul edək ki, hər kəsdə məsuliyyətli və təcrübəli işçi imici yoxdur. Belə ki, xüsusən yeni başladığınız işdə nə dərəcədə məsuliyyətli işçi olduğunuzu nümayiş etdirsəniz, bir o qədər peşəkar şəxsi brend formalaşdırmış olarsınız.
Dayanıqlı olmaq- başladığınız işi davam etdirən, stabil və güvənilən obraz yaratmaqdan çəkinməyin. Necə deyərlər öz sözünün ağası. Belə formalaşmış şəxsi brend sizə həm iş həm sosial həyatda uğura imza atmanıza şərait yaradacaq.
Brendi yaşamaq- bəzən şəxsi brend yalnız sosial mediada və ya sözdə qalır. Realda həmin insanlar ilə qarşılaşdıqda, qurduğu bu brendin nə dərəcədə boş və yalan olduğunu görmək nəinki, kömək etmir əksinə sənə qarşı neqativ münasibət formalaşdırır. Məsələn əgər fast food aludəçisisənsə sağlam həyat  aktivisti brendini yaratmaq sizə heç nə qazandırmaz. Real olun, brendin özü olun.