"Şəxsi inkişaf" layihəsi çərçivəsində "Hekayə danışmaq bacarıqları" adlı praktik təlimi qaçırtmayın!
Əziz gənclər, GİKM-in Sumqayıt nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək "Hekayə danışmaq bacarıqları" təlimində sizin iştirakınızı gözləyirik!!!!
Uzun illər jurnalist kimi çalışmış Ramil Zeynallının təqdimatında "storytelling" bacarıqları, onların inkişafı kimi mövzular və "hekayə hansı strukturda qurulmalıdır?", "öz hekayəni dinləməyə həvəsləndirmək üçün hansı məqamlara diqqət olunmalıdır?" kimi sualların cavabları gənclərlə müzakirə olunacaq.
Təlimçi Ramil Zeynallı:
"Xeberle.com" informasiya portalının baş redaktoru, bir sıra beynəlxalq media layihələrinin qalibi, jurnalist-təlimçi
İştirak üçün qeydiyyatdan keçməyi unutmayın:
Tarix: 18 sentyabr, saat 15:00
Yer: Sumqayıt Heydər Əliyev Mərkəzi