sexsi-inkisaf-plani

Şəxsi inkişaf planı

İnsanlar tez-tez plan qurur, amma nadir hallarda onları yazırlar. Şəxsi inkişaf planı, istədiyimiz sahələrdə özümüzdən ən yaxşı nəticələr əldə etməyimizə kömək etmək üçün xüsusi olaraq hazırlanmış yazılı bir fəaliyyət planıdır. İllərdi qurduğumuz  xəyalların gerçəkləşməsi üçün  şəxsi inkişaf planımızı qurmalıyıq.
Bir plan quraraq öz hədəflərimizi təyin edə və həyata keçirməyin ən yaxşı yolunu kəşf edə bilərik. Sanki, öz yol xəritəmizi çəkirmişik kimi ilk olaraq yenə özümüzə sual verərək başlamalıyq.
 -Niyə inkişaf etmək istəyirik?
 -Bu yolda qarşımıza çıxan çətinliklərə hazırıqmı?
 -Yeni mühitə, yeni həyata, ən əsası da dəyişikliklərə nə dərəcədə hazırıq?
     Bu yolu hazırlarkən, ən sadəsi əlinizə sadəcə bir qələm və bir dəftər alaraq başlayın. Bu plan nəyə nail olmaq istədiyimizi və necə əldə edəcəyimizi düşünməyə kömək edəcəkdir. Planımızı nə üçün istifadə etməyimizdən asılı olmayaraq, şəxsi inkişaf planımızı yaratmaq sahib olduğumuz bacarıqların fərqində olmağımıza kömək edəcək.
Şəxsi inkişaf planınız hal-hazırda nə etdiyinizin və gələcək də nələrin edilməsi lazım olduğunun bir qeydidir. 


Biz hər zaman nələrsə istəyirik. İstəklərimizə doğru irəliləsək, əvvəlcə indiyə kimi etdiklərimizdən razı olub-olmadığımızı araşdırmalıyıq. Bu da bizdə yeni sualların ortaya çıxmasına səbəb olur:
▪    Haradaydım?
▪    Haradayam?
▪    Harada olmaq istəyirəm?
▪    Oraya necə gedə bilərəm?

       Bu proses bizə şəxsi vəziyyətimizi dəyərləndirməyə kömək edir. Artıq özümüzü qismən təhlil etmiş oluruq. Bu halda ən vacib fakt isə qarşımıza gerçək hədəflər qoymaqdan başlayır. Çünki doğru seçilməmiş hədəf uğursuzluğa düçar olmağımıza səbəb olur. Bu da bizim motivasiyamızın aşağı düşməsinə səbəb olur. Şəxsi inkişaf planımızı qurarkən həyatımızda baş verən dəyişikliklərin  bəzən müsbət, bəzən də mənfi təsirləri olur. Bunun qarşısını almaq üçün 5 faktoru, yəni metanı diqqətə almalıyıq:
●    Xəyal qurmaq
●    Hislər
●    Görmək
●    Etmək
●    Öyrənmək

Xəyal qurmaq. Hər şey elə burdan başlayır – bu özünüzü görmək istədiyiniz mövqedə doğru irəliləmək üçün formalaşdırdığımız bir sistemdir;
Nə hiss etdiyimiz. Dəyişikliklərin bizi necə hiss etdirəcəyini və hədəfə çatdıqda nələr qazanacağımızdır;
Görmək ətrafımızı müşahidə etməli, bizi demotivasiya edən hər şeydən uzaq olmalı sadəcə özümüzə köklənməliyik;
Etmək nələr edəcəyinizi planşdıraraq başlayırıq biz nələr etmək istəyir və nələr edəciyik;
Öyrənmək bu yolda nə əldə edəcəyik. Yeni hansı məlumutları əldə edəciyik;

       Yeni prosesdə isə artıq öz bacarıqlarnızı təhlil etməliyik. Burda isə bir növ özümüzü SWOT analiz təhlili aparırıq. Təhlil zamanı özümüzün güclü və zəif tərəflərimizi müəyyən edəcəyik. 
Güclü tərəflər- təkmilləşdirdiyiniz bacarıqlar daxildir. Nələr sizi digərlərindən fərqləndirir? Bir növ bunlar sizdə motivasiyanı formalaşdırır və sizə inkişaf planınınızı qurarkən, hədəfinizə doğru irəliləyərkən özgüvən qazandırır. Bu yolda siz öz bacarıqlarınıza dəyər vermiş olursunuz. Hədəfə baxarkən özünüzə inamın tam şəkildə formalaşması üçün güclü tərəflərinizi yazın.
Zəif tərəflər müəyyən etdikdə özünüzdəki əskiklikləri, bu yolda sizə maneə olan, geri çəkən məhdudiyyətləri öyrənmiş olacaqsınız. Müəyyən etdiyiniz zəif tərəf sizin üçün bir məhdudiyyət hesab olunur. Bu məqamda da siyahı tərtib edin. Zəif cəhətlərinizi qeyd edin.
İmkanlar isə güclü və zəif tərəfləri müəyyən etdikdən sonra zəif tərəfləri aradan qaldırmaq üçün yaranan vəziyyətdir. Məsələn kompüter bilikləriniz zəifdirsə, onu gücləndirmək üçün sizin hər hansı kursa və təlimə getməyiniz sizə imkan yaradır. Bunun üçün minimal investisiya tələb olunur.
Təhdid və yaxud təhlükə xaricdən sizə təsir edən aspektlərdir. Qarşınıza çıxacaq riskləri müəyyən etmək və onları təhlil etmək.
Bu cür analiz həm zəif tərəfləri, həm də güclü tərəfləri müəyyənləşdirməyə kömək edir. Heç bir proses bir gündə baş vermir. Heç bir insanın birdən-birə yüksəlmədiyini və bacarıqlar oxunda artıq müəyyən mövqeyə sahib olduğunu başa düşmək vacibdir. Siz sadəcə bu nöqtənin harada olduğunu tapmalısınız.

Artıq şəxsi inkişaf planını hazırlamaq üçün son sualları veririk:
1.    Nə istəyirəm/məqsədim nədir?
2.    Buna necə nail ola bilərəm?
3.    Nə vaxt nail olacam 

Şəxsi inkişaf planı 6 əsas forması:
Məqsədinizi/ Hədəfinizi müəyyələnşdirin ki, siz çıxdığınız yolun necə irəliləcəyini əvvəlcədən müəyyən etmiş olacaqsınız;
Resursları müəyyən edin. Hədəf qoyulandan sonra, onu necə əldə edəcəyinizi, hansı mənbələrin mövcud olduğunu və sizdən asılı olan faktorları müəyyənləşdirməlisiniz;
İnkişaf planını punktlara bölün adımlarınınızı müəyyən edin;
Hədəflərizə vaxt təyin edin qısamüddətli və yaxud uzun müddətli olduğunu təyin edin;
İnvestiya qoyuluşu zəif tərəflərinizi aradan qaldırmaq üçün müəyyən olunmuş investisyaya ehtiyac olacaq;
Ətrafınız yəni şəbəkəniz bu yolda özünüz irəliləsəz belə iş birlikçilərə ehtiyac yaranacaq və siz bu yolda daha doğru addımlamağınız üçün bunu planınızın bir hissəsini hesab edin.

Hədəflərinizi planlaşdırarkən onun SMART metodologiyasına uyğunuluğu da müəyyən edilir. Hər bir layihənin isə SMART metodologiyasına əsaslanan məqsədi olmalıdır: konkret, ölçülən, əldə edilə bilən, aktual və zaman baxımından məhdud olan.
Şəxsi inkişaf planını qurarkən mütəxəssilər  70/20/10 qaydasına riayət etməyi tövsiyə edirlər: 70% – sizin öz təcrübəniz, 20% – başqalarının təcrübəsi, 10% – formal təhsil. 
Unutmayın ki, hər şey sizin əlinizdədir. Uğura zəmanətli bir yol yoxdur. Bir şəxs üçün işləyən şey, başqası üçün işləməyə bilər.
Bununla yanaşı, məqsədlərini nə olduğunu müəyyənləşdirə və onlara necə çatmağı planlaşdırdığınızı müəyyən etsəz, hədəflərinizə çatmaq üçün daha çox şansa sahibsiniz.
                

 Uğurlar!