"Şəxsiyyət və cəmiyyət, şəxsi inkişaf və karyera" mövzusunda təlim keçiriləcək
Əziz Gənclər!
Binəqədi Gənclər Evində bir-birindən maraqlı təlim və seminarlar davam edir.
Növbəti təlimimiz tanınmış təlimçi Kənan Rəhimovun təqdimatında "Şəxsiyyət və cəmiyyət, şəxsi inkişaf və karyera" mövzusunda olacaq!
Siz bu təlimdə:
- Şəxsi inkişafın qaydaları
- Karyera və onun mərhələləri
- Karyera irəliləməsində şəxsiyyət tipləri
- Karyera məqsədlərinin müəyyən edilməsi
- Müasir iş axtarma üsulları və s. yeni məlumatlar öyrənəcəksiniz.
Təlimdə iştirak etmək istəyən gənclər
0553619202 bu nömrəyə ad, soyad yazaraq qeydiyyatdan keçə bilər.
31 avqust
15:00
Binəqədi Gənclər Evi