Siz də 21 dekabrda keçiriləcək Azərbaycan Karyera İnkişaf Forumuna bilet qazanın!
İşlərimizin, planlarımızın istədiyimiz kimi irəliləməsi bizdən yüksək enerji tələb edir. Bəzən isə o enerjini təsadüfən eşitdiyimiz hansısa cümlədən, aforizmdən ala bilirik. Bəs sizin üçün həmin o cümlə hansıdır? Sizə motivasiya verən, uğurlu olmağa səsləyən sevdiyiniz aforizmi bizimlə bölüşün. Beləcə sizinlə eyni hiss, düşüncələri yaşayan şəxslərə dəstək olun, həm də 21 dekabrda keçiriləcək Azərbaycan Karyera İnkişaf Forumuna bilet qazanın.
Forumda yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak edəcək. Forum sonunda karyera planlaması istiqamətində sizi maraqlandıran suallara cavab tapacaq, yeni məlumatlar öyrənmiş olacaqsınız. Yeni il öncəsi özünüzə bundan daha gözəl hədiyyə ola bilməz.
Müsabiqənin şərtləri olduqca sadədir:
- Səhifəmizi izləyin;
- Bu məzmunu öz profilinizdə hər kəsə açıq formada paylaşın;
- Şərh bölməsində sizi ruhlandıran, motivasiya edən həmin o aforizmi bizimlə bölüşün.
Digər izləyicilər tərəfindən ən çox bəyənilən və qeyd edilən digər tələbə riayət edən şərhin sahibi qalib elan ediləcək.
Müsabiqə 19 dekabr 15:00-da yekunlaşacaq.
Hər bir iştirakçıya uğurlar arzu edirik!