Sizi geriyə salan vərdişlər
Dəfələrlə etdiyimiz şeylər bizdə vərdişə çevrilir. Beləliklə, mükəmməllik bir hərəkət deyil, bir vərdişdir.
Aristotel
Bizlər pis və yaxşı bir çox vərdişlərə sahibik. Əgər tez-tez bir şey ediriksə, o bizim bir hissəmizə çevrilir. Yaxşı vərdişlərimiz bizi yaxşı nəticələrə aparır. Ancaq bəzi vərdişlər bizi geridə qoya və tam potensialımıza çatmağımıza mane ola bilər. Aşağıda, o qədər də diqqət yetirmədiyimiz, lakin emosional rifahımıza və peşəkar inkişafımıza çox vaxt mənfi təsir göstərə biləcək bir neçə vərdişlər qeyd olunub:
Həddən artıq sürətli işləmək
Sürətli olmaq həmişə yaxşı olmaq demək deyil. Sürət bəzən işinizin keyfiyyətinə zərər verə bilər. Çox vaxt bir işdən nə qədər həzz aldığımıza və ya ondan nə öyrənə biləcəyimizə diqqət yetirmədən işi tez bitirməyə çalışırıq. Belə olan halda işimizdə də əksər hallarda gözlədiyimiz keyfiyyəti əldə etmirik. Daha rahat templə işləməyi öyrənmək işinizə diqqətinizi yönləndirməyə kömək edəcək. Həmçinin, sürətli iş həm də çox səhvə gətirib çıxara bilir ki, daha təmkinli işləməklə siz iş keyfiyyətinizi də artırmış olacaqsınız.
İnkişaf edə bilmədiyinizə görə davamlı özünü günahlandırmaq
İnkişaf edə bilməməməklə bağlı özünüzə qarşı sərt davranmaq sizi daha yaxşı işlər görməyə təşviq etməlidir. Ancaq bu nadir hallarda olur. Əksər hallarda bu, bizləri ruhdan salır və özümüzü pis hiss edirik. Kifayət qədər irəliləyiş əldə etmədiyiniz üçün özünüzü günahlandırmayın. Bunun əvəzinə nailiyyətlərinizi qiymətləndirin və bu nəaliyyətlərə görə özünüzə minnətdar olun. Diqqətinizi əldə etdiyiniz şeylərə yönəldin və irəliləyişinizi digər insanlarla deyil, öz keçmişinizlə müqayisə etməyə çalışın. Daha irəliyə getmək üçün özünüzə bir yol təyin edin, lakin nə qədər uğursuz olduğunuza diqqət yetirməyin.
Başqalarının istəklərinə görə hərəkət etmək
Ətrafınızdakı insanlar sizə davamlı məsləhət verə bilərlər ki bunu nəzərə almaq vacibdir. Ancaq tamamilə bu məsləhətlərə görə hərəkət etmək doğru deyil. Əgər davamlı olaraq başqalarının dediklərinə görə hərəkət və davranışlarınızı təyin edirsinizsə bu sizdə vərdiş formalaşdıra bilər. Hansı ki, bu halda siz uyğun olub – olmadığını təhlil etmədən ancaq başqalarının fikirləri ilə hərəkət etmə ehtiyacı duyacaqsınız.
Bunun əvəzinə, istədiyiniz və ehtiyacınız olan şeylərə diqqət yetirməyə çalışın. Fikirlərinizin başqalarının istədikləri ilə uyğun olub -olmadığına diqqət yetirin, ancaq heç vaxt istəmədiyiniz şeylərdən imtina etməkdən çəkinməyin. Unutmayın ki, bu sizin həyatınızdır və seçimlər ancaq sizə məxsus olmalıdır.
Qeyri-real vaxt qrafikləri təyin etmək
Bir aya yeni bir dil öyrənəcəksiniz? Yoxsa bir gündə iki həftəlik kursu bitirməyi düşünürsünüz? Yəqin ki, yox. Bununla belə, ümumi bir pis vərdiş, qeyri-real bir zaman müddəti xəyal edərək və planlaşdıraraq özünüzü uğursuzluğa düçar etməkdir.
Qeyri-real vaxt qrafiki bizi motivasiyadan sala bilər, çünki biz bir məqsədə çatmaq üçün lazım olan vaxtı təyin etmədiyimizə görə məqsədə çata bilmirik və bu bizdə uğursuzluq düşüncəsi yaradır. Qrafikimizi daha real planlaşdırmalıyıq ki, istədyimizə nail ola bilək. Məqsəddən asılı olaraq bir neçə əlavə gün, saat və ya həftələr keyfiyyətdə böyük fərq yarada bilər.
Kiçik şeylərə görə özünü cəzalandırmaq
Özünüzü cəzalandırmaq, ümumiyyətlə, pis vərdişdir və bunu xırda şeylərə görə etdiyiniz zaman xüsusilə sizə zərər verir. Bunun sizin bir vərdişiniz olub-olmadığını düşünün və keçmişdə sizə yaxşı təsir edib-etmədiyini sorğulayın. Bunun əvəzinə özünüzə qarşı mehriban olmağa çalışın. Təsəvvür edin ki, əziz bir dostunuzla danışırsınız, nəyisə düzgün etməsə belə, özünüzə deyə biləcəyiniz sözləri ona deyərdinizmi? Bu cür nəzakətli davranış başqaları üçün daha yaxşı nəticələrə gətirib çıxardığı kimi sizin üçün də effektiv nəticələrə yol açacaqdır.
Hər birinizə pis vərdişlərdən uzaq olma yolunda Uğurlar !!!