SMM üzrə Maaşlı təcrübə proqramı!
Bir təcrübəçi kimi rəqəmsal marketinq və SMM sahələri üzrə biliklərini praktiki tətbiq etmək istəyən yoldaşları komandamıza dəvət edirik.
Təcrübə 3 aylıq və maaşlıdır.
Təklif edirik:
- Karyera inkişafı
- Rəqəmsal Marketinq sahəsi üzrə praktiki təcrübə və biliklər əldə etmək
- Rahat və modern ofis
Təcrübə proqramını uğurla bitirən namizəd işlə təmin ediləcək.
Tələb edirik:
- Rəqəmsal marketing sahəsində təcrübə müddətinə kifayət edəcək səviyyədə biliklərin olması, yeni trendləri daim izləmək
- Azərbaycan dilində qrammatik yazı bacarığı
- Kontent yaratma bacarığının olması ciddi üstünlükdür
- Rus-dili biliyi mütləqdir, ingilis dili isə üstünlükdür.
- Təşəbbüskarlıq, punktuallıq, kreativlik və dürüstlük
- Korporativ ünsiyyət və yazışma qaydalarından xəbərdar olma
- Komanda və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı
- Laptop
İş qrafiki:
Bazar ertəsi - Şənbə günləri saat 09:30-18:00
Əlavə suallar olarsa:
055 707 10 71
055 707 71 10
CV-nizi [email protected] ünvanına "SMM üzrə təcrübəçi” başlığı ilə göndərin. Motivasiya məktubu böyük üstünlükdür.