socar--telebeler-ucun-novbeti-tecrube-proqramini-elan-edir--

"SOCAR" tələbələr üçün növbəti təcrübə proqramını elan edir!

Proqrama aşağıda qeyd olunan sahələr üzrə namizədlər qəbul edilir.

  • Nöc və Avtomatika
  •  Mexanika
  •  Kimya Texnologiya
  •  Energetika
  •  İnşaat/Təmir-tikinti

       Təcrübəyə aşağıdakı ixtisaslar üzrə (Bakı Ali Neft Məktəbi istisna olmaqla) Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini bitirmiş məzunlar müraciət edə bilərlər. (İxtisasların siyahısı illik kadr tələbatına uyğun olaraq formalaşdırılır və tələbatdan asılı olaraq, dəyişdirilə bilər)

      Ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:

  1. Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  2. Tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
  3. Tələb olunan ixtisaslar üzrə bakalavr pilləsində təhsilini bitirmiş məzunlar, həmçinin magistratura pilləsində təhsilini davam edən tələbələr iştirak edə bilərlər.

Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:

  • I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri, SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanı;
  • II mərhələ - İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr.

"SOCAR-da Ödənişli İstehsalat Təcrübə Proqramı” ilə əlaqədar əlavə suallarınız olarsa [email protected] ünvanına göndərə və ya  0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.