socar-petroleum-qsc-terefinden-mingecevir-seherinde-emek-yarmarkasi-kecirilecek--

“SOCAR PETROLEUM” QSC tərəfindən Mingəçevir şəhərində əmək yarmarkası keçiriləcək


Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının dəstəyi ilə “SOCAR PETROLEUM” QSC tərəfindən Mingəçevir şəhərində əmək yarmarkası keçiriləcək.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

 Ünvan və tarix:

Mingəçevir şəhəri, Füzuli küçəsi 1, Füzuli bağı (Mərkəzi Aran Regional Məşğulluq filialının Mingəçevir şəhər xidmət şöbəsinin inzibati binası)

8 aprel 2023, saat 10:00-13:00