Söhbətə başlamağın qaydaları
Bizin hər birimiz müəyyən dərəcədə hər hansı bir hadisənin danışılmasında, söhbətləşmədə iştirak edirik. Çünki hamımız müəyyən hadisələrin içərisində yaşayırıq. Jimmy Neil Smith deyir ki, insanlar arsında bir-birinə hansısa söhbətləşmək qədər ikinci güclü bir bağlantı yoxdur.
Ümumiyyətlə, nəyisə danışa və ya izah edə bilmək çox vacib bir bacarıqdır. Fərqi yoxdur siz hər hansı bir ictimai yerdə çıxış edəcəksiniz və ya sadəcə dostlarınızı əyləndirəcəksiniz. İstənilən halda hadisələri situasiyaya uyğun, ümumi şəkildə danışmağı bacarmaq, söhbət edə bilmək çox faydalıdır.
İçində olduğumuz bütün söhbətlərin içində hadisələrin hansısa şəxsə izah olunması və ya danışılması öz əksini tapır. Fərq etməz, bu söhbətlər qeybət də ola bilər, nəyinsə öyrənilməsi prosesi də ola bilər. Danışdığınız söhbətləri daha maraqlı və yaxşı edəcək bir neçə fənd var:
1. Tələsməyin
Birinci qayda vaxtınızı düzgün formada uyğunlaşdıra bilməkdir. Bəzən həyəcan və ya sinir bizim söhbəti daha sürətli şəkildə etməyimizə səbəb olur, ancaq bu halda əsas mətləbdən uzaqlaşmış oluruq. Tələsməyin və izacə verin sizi dinləyənlər danışdığınız söhbət barəsində daha da maraqlı olmağa başlasınlar. Həyəcanın artmasına imkan verin. Hər hansı bir hekayədə ən əsas elementlərdən biri yaratmış olduğumuz fasilələrdir.
Ən yaxşı ideya isə budur ki, danışacağınız hadisəni əvvəlcədən müəyyənləşdirəsiz və maksimum dərəcədə təsirli ola bilmək üçün harada fasilə edəcəyinizi planlaşdırasız. Adətən kulminasiya nöqtəsindən əvvəl və ya gözlənilməz bir şey baş verdikdə fasilələr etmək sizi dinləyənlərin danışdıqlarınızın hamısını anlaya bilməsi üçün effektiv olur.
2. Danışdığınız söhbətdən həzz alın
Əgər hər hansı bir məsələ barəsində söhbət aparırsınızsa, deməli, bunun öz dəyəri var. Olunan söhbət maraqlı, tərbiyəvi, bu və ya digər dərəcədə vacib ola bilər. Əsas məsələ isə onu qarşısınızdakı dinləyiciyə çatdırmaqdır. Danışdığınız hadisənin üstündən keçməyə çalışmayın, dadını çıxara-çıxara söhbət edin. İcazə verin danışdığınız hekayə tam olaraq açılıb ortaya çıxsın və onun hər bir hissəsinin nə qədər maraqlı olduğunu göstərin.
Əgər özünüz həyəcanlısınızsa, bu, sizi dinləyənlərin də həyəcanlanmasına səbəb olacaqdır. Əgər öz danışdığınız söhbət sizin üçün sıxıcıdırsa bəs niyə başqaları üçün bu marqlı olmaldır və ya onu dinləməlidirlər? Öz söhbətinizdən həzz almağa çalışın.
3. Emosiyaları xüsusi olaraq vurğulayın
Əgər sizi dinləyən şəxs hər söhbət prosesində hansısa hisslər keçirirsə, deməli, bu söhbət effektivdir. Danışılan söhbətin onlarda qorxu, kədər, əyləncə və ya digər hər hansı bir hisslər yaratmasının fərqi yoxdur. Əsas olan odur ki, onlar bu söhbətdən bu və ya digər dərəcədə təsirlənirlər. Emosiyalar yarada bilmək istənilən bir söhbətin uğurlu alınmasının açar elementidir. Danışdğınız söhbətlə əlaqəli olan əsas təsiredici emosiyaları müəyyən edin və və icazə verin sizi dinləyənlər bu hissləri yaşasınlar.
4. Sizi dinləyənlərdən təsəvvür güclərini istifadə etmələrini istəyin.
Nələrisə təsəvvürümüzdə canlandırdığımız zaman özümüzü daha çox söhbətin içində və ya ona bağlı hiss edirik. Sizi dinləyən şəxslərdən zehinlərində bir şey təsəvvür etmələrini istəyin və söhbətə başlamaq üçün onlara bir neçə detal verin. Bu, onları söhbətinizə tam olaraq fokuslandırmağın, söhbətin içində hiss etdirməyin və onları söhbətə bağlamağın yaxşı bir yoludur.
Tamaşaçılara elementləri təsəvvür etmək şansı verin - onları təsvir və ya detallarla yükləməyin.
5. Söhbətlərinizdə hissiyyat təşkil edən elementlərə üstünlük verin
Hər hansı bir hekayənin daha möhkəm və dərin şəkildə hiss olunmasına kömək edən şeylərdən biri də hissiyyat detallarıdır. Söhbətinizi qarşınızdakına daha başa düşülən şəkildə ötürə bilmək üçün hissiyyat detallarını söhbətinizə necə gətirəcəyinizi və onları hansı formada istifadə edəcəyinizi düşünün. Görmə və səs əlbətdə vacibdir, lakin qoxular, toxunma, daxili hisslər də mühüm əhəmiyyətə malikdirlər. Bütün bunlar sizin söhbətinizi daha instinktiv, yaddaqalan və cəlbedici edə bilər.
6. Rahat olun
Gərgin olsanız, danışacağınız söhbəti qarışdırmaq ehtimalı yüksəkdir. Başlamadan əvvəl bir az rahatlaşın və nəfəsinizi dərin. Bir neçə dərin nəfəs detallar barəsində nə qədər tələsdiyiniz və ya onları tamamilə unutmağınız arasında böyük bir fərq yarada bilər. Hərşeyi ciddiyə almayın.
7. Məşq edin
Bəzən danışacağınız mövzunu hazırlıqsız şəkildə danışmaq məcburiyyətində qala bilərsiniz, amma fürsət tapsanız əvvəlcədən məşq edin. Danışacağınız mətni ailə üzvünüzə və hətta ev heyvanınıza və ya güzgüdə özünüzə izah edin. Bu, əsas məqamları, fasilələri müəyyənləşdirməyə kömək edəcək və vacib bir detalı və ya elementi unutmayacağınız barəsində sizi əmin edəcəkdir.
Məşq etdikdən sonra lazımi yerdə hekayəni danışarkən özünüzü daha rahat hiss edəcəksiniz.
8. Səsinizi və bədən jestlərinizi istifadə edin
Monoton bir rəvayətdən daha pis bir şey yoxdur. Danışdığınız hekayə həyəcanverici olsa da, səsinizi düzgün şəkildə tənzimləməsəniz sizi dinləyənlərin yuxuya getməsi ehtimalı böyükdür. Danışıq sırasında yeri gəldikcə səsinizi qaldırın və endirin.
Bundan başqa bədəninizdən və jestlərdən istifadə edə bilərsiniz. Üz mimikaları yaradın, əllərinizi istifadə edin və ya ətrafda gəzin. Bütün bunlar mövzunu daha təsirli şəkildə danışmağınıza və sizi dinləyənlərin bu mövzunu dinləməyə daha da maraqlı olmasına şərait yaradacaqdır.
Müəyyən bir mövzunu danışmaq, söhbət etmək həm peşəkar, həm də şəxsi həyatınızda sizə kömək edəcək çox faydalı bir bacarıqdır. Yaxşı bir müzakirənin, söhbətin necə yaradılacağını öyrənmək üçün vaxt ayırın və bu 8 mükəmməl hekayə qaydalarını tətbiq edin.