son-iki-ayda-emek-haqqi-fondu-84-faiz-artib--

Son iki ayda əmək haqqı fondu 8,4 faiz artıb

Ölkəmizdə əməkhaqlarında və əmək müqavilələrinin sayında  baş verən  ardıcıl artımlar illik əmək haqqı fondunun mütəmadi artmasını şərtləndirir.

2022-ci ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondunda 8,4 faiz artım qeydə alınıb.

Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 35 faiz, median əmək haqqı 74 faiz artıb. Bu dövrdə illik əmək haqqı fondunda isə 2 dəfə artım baş verib.