sosial-baglar-layihesine-muraciet-qebulu-davam-edir

"Sosial bağlar" layihəsinə müraciət qəbulu davam edir.

"Sosial bağlar" layihəsinə müraciət qəbulu davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Sosial Bağlar” layihəsi üçün müraciətlərin qəbuluna başlanıb.

2021-ci ildə daha 500 nəfərin cəlb olunacağı layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara,  Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.

Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.

Proqrama linkə daxil olaraq və ya müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət etməklə müraciət etmək mümkündür.

Son müraciət tarixi 30 maydır.  

#SosialLayihələr #SosialBağlar #MəşğulluğaDəstək