sosial-baglar-layihesine-muraciet-qebulu-iyun-ayi-erzinde-de-davam-edecek--

“Sosial bağlar” layihəsinə müraciət qəbulu iyun ayı ərzində də davam edəcək!

Özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən “Sosial bağlar” layihəsinə ötən aydan başlanan müraciətlərin qəbulu may ayı ərzində də davam edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihəyə bu il 500 nəfərin cəlb olunması nəzərdə tutulub.

Layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.

Son müraciət tarixi 30 iyundur.

Layihə barədə ətraflı məlumat və müraciət üçün linkə daxil olun