sosial-huquqlar-merkezi--huquqsunaslar-ucun-konullulk-proqrami-elan-edir--

Sosial Hüquqlar Mərkəzi Hüquqşunaslar üçün Könüllülk Proqramı elan edir.

Sosial Hüquqlar Mərkəzi Hüquqşunaslar üçün Könüllülk Proqramı elan edir.

Biz kimik:

Sosial Hüquqlar Mərkəzi, pulsuz hüquqi yardım göstərən, vətəndaşlara əmək hüquqları haqqında məlumat verən və onları qoruyan, layihə idarəçiliyi, monitorinq və qiymətləndirmə, icma quruculuğu və digər əlaqədar sahələrdə bacarıqların artırılması üzrə təlimlər keçirən bir təşəbbüs qrupudur. Vizyonumuz, insanları dəstəkləmək və onlara bərabər hüquqlu bir cəmiyyətə sahib olmaq üçün lazımi qaynaqlar/bacarıqlarla təmin etməkdir.

Sosial Hüquqlar Mərkəzi tərkibində fəaliyyət göstərən Sadə Hüquq hüquqi yardım platforması Gənc Hüquqşunaslar üçün könüllük proqramını elan edir. Proqramın məqsədi, gənc hüquqşunasların sosial hüquqlarla bağlı bilik və bacarıqlarının artırılması, Sadə Hüquq Platformasının fəaliyyətinin təkmilləşdirilməsidir. Bu məqsədlə, proqrama 3-4 kurs hüquq tələbələri müraciət edə bilərlər.

Biz nə vəd edirik:

1. Təcrübəli hüquqşunaslarla və cəmiyyətin aktiv təbəqəsi ilə əlaqələrin qurulması;

2. Praktiki bacarıqların hüquqşunaslarımız tərəfindən öyrədilməsi;

3. Xarici və yerli təlimlərdə iştirak şansı;

4. Xaricə təhsil üçün müraciət prosesində dəstək.

Bizim gözləntilərimiz:

1. Hüquqi prosesində iştirak, vətəndaşlara hüquqi yardım;

2. Sadə Hüquq saytı üçün hüquqi məqalələrin yazılması;

3. Hüquqi təlimlərin keçirilməsində iştirak etmək;

Qeyd edək ki, könüllülük fəaliyyəti onlayn və ofisimizdə icra oluna biilər.

Əlavə suallar üçün [email protected] adresinə yaza bilərsiniz.

Müraciət üçün Link