sosial-media-asliligindan-azad-ol--

Sosial media aslılığından azad ol

Dünyada üç milyard insan, yəni yerin ümumi əhalisinin 40%-i sosial media istifadəçisidir. 

Hər kəs ən azı bir sosial media vasitəsindən istifadə edir. Hazırda əgər qeydiyyatdan keçdiyin platforma yoxdursa, tam olaraq 21-ci əsrdə yaşamırsan. Məlumat yükü və səviyyəsi o qədər çox və sürətlidirki, daima gündəmdə qalmaq üçün günümüzün ən azı 3 saatını ona həsr edirik. 
Bu hissədə gündəmin tələbini qınamır, reallığı qəbul edirik. Lakin istifadə etmək, aslı olmaq mənasına gəlmir. 
Sənin peşəkar olaraq inkişaf etməyin uğrunda komanda olaraq çalışır, fayda verməyə səy göstəririk deyə, dəyərli zamanının idarəsini ələ almağını və sosial media aslılığından azad olmağını vacib məsələ görürük. 
Bəs bu aslılığın nə kimi fəsadları ola bilər?
Sosial şəbəkələrdən istifadə etdiyimiz yol Facebook kimi saytların ortaya çıxmasından bəri köklü şəkildə dəyişdi. İlkin Facebook facebook dostları və ailəsi ilə ünsiyyət və Facebook "lövhəsi" də şəkil və ya status yenilikləri postu üçün asan bir yol olmuşdur.
Ancaq zamanla İnstagram kimi daha çox diqqət mərkəzli bir platforma görünüşünün ortaya çıxması ilə, aslılığı artırdıq. Sadə hətta primitiv üsul hamının istifadəsinə, paylaşımlar etməsinə səbəb oldu. 
Bu gün ən məşhur İnstagram profillərindən bəzilərinə nəzər sal. Çox güman ki, milyonlarla istifadəçinin izlədiyi bir çox yaxşı işlənmiş şəkillər və mükəmməl layouts görəcəksən. Bu, "instagram məqsədi" oldu və bu, gözəl fotoşəkillərin xoşbəxt bir istifadəçiyə bərabər olması ideyasını yaşadır. Biz yalnız yanlış olduğunu bilsək də, şüur altı hər kəsin görməsi üçün internetdə “mükəmməl” bir həyat yaratmaq arzusu depressiya, narahatlıq və aşağı heysiyyət bəsləyir.

Eyni şəkildə, bu, "real dünya" problemləri sosial şəbəkələrdə gözəl mesajlar yaratmadığından, həqiqətin və reallığın hissini itirməyimizə gətirib çıxarır. Bunun əvəzinə biz yalnız kədərimizi və ya yalnızlığımızı gizlədən gözəlliyin arxasında gizlənirik. Biz onlayn dünyamızı diqqətlə yaratdığımızdan, real həyatımızdan çıxdıq. Sosial şəbəkələrdən asılılıq Eskapizm təcrübəsidir. 
Uğurları və dəyərləri paylaşmaq əladır, fikir bildirərək mübadilədə iştirak da maraqlıdır. Lakin reallıq ilə sosial aləmin pərdəsini ayırd etməyi bilmədikdə başqalarının ideal dünyada yaşadığını düşünür, həvəsdən düşə bilərsən. 
Reklamlara aldanaraq aslısığa düşmək də televiziya və radiodan asanlıqla və daha inkişaf etmiş qaydada sosial şəbəkələri bürüyüb. Hər saniyə qarşıya çıxan reklam və təkliflər səni məqsədsiz bir qaçış çarxına daxil edir. Sənin zamanın, pulun, enerjin və motivasiyan başqalarına xidmət edir, onlar üçün çalışır. 
Bəs situasiyanı necə ələ ala bilərsən?
1.    Niyə Sosial Media?
Sosial şəbəkələrdən istifadə etmək normaldır lakin istifadə etiyin vasitələrin sənə və fərdi inkişafına nə kimi xidmət göstərdiyinə diqqət et. Məqsədlər müxtəlif ola bilər, kimlər üçünsə sosial şəbəkə əyləncə, kiminsə üçün tanışlıq, iş, şəbəkələşmə və s ola bilir. Hər mövzuya aid də ayrıca platformalar mövcuddur. Ona görə də nədən nə üçün nə qədər vaxt ayırdığını özün seç, özün idarə et.
2.    İzləmələr
Sosial şəbəkələrində kimləri və hansı səhifələri izlədiyinə nəzər sal. Yuxarda qeyd etdiyimiz kimi, hansı məqsədlə daxil olduğunu təyin etdikdən sonra izləmə prosesini də özün rahat tənzimləyə biləksən. 
3.    Zamanı idarə et
Sosial şəbəkə sənin daimi işin və ya həyatın deyil. Hansı məqsədlə daxil olmağından aslı olmayaraq, reklam tələsinə düşməmək üçün gün ərzində istifadə edəcəyin zaman aralığını təyin et. Unutma ki, itirdiyin hər artıq an sənin peşakar və fərd olaraq sağlam düşüncəli inkişafına mane olur. 
4.    Paylaşımlar
Hər şey paylaşılmalı və ya hər paylaşım sənin şərhinə ehtiyacı olduğu mənasina gəlmir. Sosial şəbəkə sənin şəxsi brendinə həm müsbət həm də mənfi təsir edə bilər. Bu səbəbdən paylaşımlarında diqqətli ol. Peşəkar həyatına kölgə salacaq şərhlər, postlar və ya şəkillərdən çəkin. Bəyəndiyin reaksiya bildirdiyin amillərə özün nəzarət et. 
Nəhayət, sosial şəbəkələrdən nə dərəcədə və hansı məqsədlə istifadə etməyi öyrəndikdə, onun səni nəzarətə götürməzdən əvvəl həyatını özün nəzarətdə saxlaya biləcəksən.

Uğurlar :)