sosial-media-uzre-mutexessis-vakansiyasi--

Sosial media üzrə mütəxəssis vakansiyası

Hesabat verir: Əlaqə mərkəzi üzrə supervayzerə

Əsas öhdəliklər:

- Sosial media hesablarının idarə olunması (Facebook, Instagram, YouTube);

- Sosial media paylaşımları, müştəri rəy və mesajların cavablandırılması;

- Səhifənin günlük, həftəlik və aylıq hesabatlarının hazırlanması;

- Yazıların qrammatik normalara uyğun yazılması;

- Müştəri risklərini nəzarətdə saxlamaq üçün lazımi tədbirlərin görülməsi və rəhbərliyə zamanında mövzu ilə əlaqədar məlumatın verilməsi;

- Müştərilərlə ünsiyyət, qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması;

- Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılmasının təmin edilməsi:

- Tapşırıqların vaxtında icra olunması.

Tələblər:

  • Marketing və ya müvafiq sahədə ali təhsil;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
  • Sosial media sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;
  • Kreativ düşüncə. təşəbbüskarlıq, operativlik, problemin dərhal həll olunması mütləqdir;
  • CV göndərən şəxslərin portfoliolarını göndərməsi mütləqdir.

Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Sosial media üzrə mütəxəssis" yazmaqla [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.