sosial-media-vasitesile-musbet-isegoturen-olaraq-brendlesme

Sosial media vasitəsilə müsbət işəgötürən olaraq brendləşmə

      Namizəd cəlb etmə prosesinin vacib bir hissəsi, potensial işçilərin sizi onlayn araşdırması zamanı müsbət bir brend olaraq tanınmaqdır. Müsahibədən əvvəl namizədləri yoxlamaq üçün müxtəlif sosial media saytlarından istifadə etdiyiniz kimi, onlar da gələcək işəgötürən olaraq sizi yoxlamaq üçün öz şəbəkələri ilə məsləhətləşirlər.
      Potensial işçilərin həvəsli olmasını və təşkilatınıza qoşulma ehtimalından narahat olmamasını təmin etmək üçün bəzi sadə addımlar hazırladıq.
 

Sosial medyada tanının 
      Təşkilatınıza ən yaxşı istedadları cəlb etmək üçün onlayn tanınma və qarşılıqlı əlaqə vacibdir. İnsanlar eşitdikləri bir təşkilatda və etibar etdikləri bir adla işləmək istəyirlər. Həmçinin, şirkətiniz və sənayeniz haqqında məlumatlar onlayn olaraq asanlıqla əldə edildikdə, markanızı rəqəmsal kanallarda tanıtmaq, mövcud və gələcək işçilərlə əlaqə yaratmaq prosesi asanlaşır.

İşləmək üçün yaxşı bir şirkətsinizmi?
     Bir onlayn işəgötürən brendi strategiyası qurmadan əvvəl, sənayenin sizi işəgötürən olaraq necə qəbul etdiyini anlamaq vacibdir. Mövcud və əvvəlki işçilər sizin brendinizin ən böyük tanıdıcılarıdır və internetdə sizin haqqınızda yaxşı şeylər demirlərsə, bunun səbəbini öyrənmək vacibdir. İşçilərdən məmnunluq sorğuları aparmaq və təşkilatınızın onlayn araşdırmalarını izləmək, işçilərinizin şirkət haqqında təsəvvürlərini daha yaxşı başa düşməyin bir neçə yoludur.

Dəyərinizi və məqsədlərinizi müəyyənləşdirin
     Sizi rəqiblərinizdən fərqləndirən və işçilərinizi sizə bağlayan nədir? Bu sualın cavabı, insanların niyə sizin üçün işləmək istəməli olduğunu daha yaxşı başa düşməyinizə kömək edəcək. Sizinlə işləmək istəməklərinə səbəb iş yerinizin işçilərin davamlı inkişafı üçün imkanların olduğu bir mühit və ya  sadəcə işçilərin doğum gününü qeyd etdikləri bir mühit olması ola bilər. Şirkətinizin dəyəri və məqsədləri haqqında geniş bir anlayış əldə etdikdən sonra, komandanıza qoşulmaq üçün istedadlı insanları cəlb etməyə hazır olacaqsınız və uğur qazanmaq şansınız da yüksək olacaq.

Mövcud vasitələri yoxlayın
Brendləşmək üçün istifadə edilə bilən çoxsaylı sosial media kanalları var, amma hamısından istifadə etmək lazım deyil. Markanızın gücünə təsir edən bir sosial media strategiyasını müəyyən etmək üçün hədəf kütlənizlə əlaqəli olan vasitələri araşdırın. Məsələn, qabaqcıl ofis mühitinizi vurğulamaq istəyirsinizsə, bunu nümayiş etdirən bir video hazırlayın və Youtube -da yerləşdirin. Effektiv nəticə əldə etmək üçün işçilərinizi şirkətdə iş təcrübələrini şərh etməyə təşviq edin. Potensial işçilərin sizi yoxlayarkən müraciət etdiyi digər qaynaqlar bunlardır:

  • LinkedIn
  • Facebook
  • Twitter
  • Bloglar (həm korporativ, həm də fərdi olaraq yazılmış)

Danışmaq istədiyiniz müəyyən insan qrupları üçün üstünlük verdiyiniz onlayn vasitələri araşdırın; hazırkı işçiləriniz sizə yaxşı bir istiqamət verməlidir.

Sosial medya idarəçisi təyin edin
Sosial media idarəçiliyi ümumiyyətlə bir neçə fərqli şöbə (rəqəmsal marketinq, İK və s.) arasındakı işin nəticəsi olsa da, tutarlılığı təmin etmək üçün son sahiblik bir şəxsə/şöbəyə verilməlidir.

Hədəf kütləsinə uyğun strategiya müəyən edin
Məzunlar arasında tanınmaq üçün  istifadə olunan brendləşmə strategiyanız, rəhbərlikdən fərqlənəcək, buna görə də hər bir auditoriya ilə əlaqə qurmaq üçün uyğun kanalı seçdiyinizə əmin olun. Hədəf kütlənizi müəyyən etdikdən sonra onları  bölüşdürün və onlarla bir qrup kimi danışın. Seçdiyiniz sosial media kanalını praktik olaraq başa düşdüyünüzdən əmin olun. Bununla birlikdə, brendləşməni ardıcıl  təmin etmək vacib olduğu üçün,  görülən işlərin bütün sosial media kanallarında davamlı olduğundan əmin olun.

Mənfi rəylərin təsirinə düşməyin
Nəzərə alın ki, onlayn olaraq alınan rəylərin hamısı müsbət olmayacaq. Mənfi fikirləri qəbul edin və problemi həll etmək üçün atacağınız addımları təsvir edin. Silmək məsləhət görülən yeganə mənfi rəy, spam və ya qəsdən yalan hücumlardır (tez-tez trolling kimi tanınır).

Uğurunuzu ölçün
Sosial mediada brendləşmək üçün gördüyünüz işlərin faydaları bir gecədə görünməyəcək, ancaq strategiyanızın müvəffəqiyyətini ölçmək üçün əvvəldən bir izləmə prosesi tətbiq edin. Google Analytics, onlayn izləmə üçün faydalı bir vasitədir və müsahibə mərhələsində keyfiyyətli rəy almaq olar.
Müsbət işəgötürən olaraq brendləşmək namizədlərin cəlb edilməsi üçün  çox vacib olsa da, eyni zamanda  daha bacarıqlı işçiləri cəlb etmək və işçilərin uzun müddətli işləməsinin təmin edilməsində böyük rol oynayır. 
Bir işəgötürən olaraq sosial mediada brendləşmək yalnız sizin haqqınızda məlumat vermək deyil, həm də siz, işçiləriniz və daha geniş bazar arasında müsbət əlaqədir və uğurunuz üçün çox vacibdir.