Sosial sahəyə dəstək məqsədilə Turizm Sərgisi təşkil olunacaq!
26-27 avqust tarixlərində Bakı şəhərindəki Park Bulvar AVM -də sosial sahəyə dəstək məqsədilə Turizm Sərgisi təşkil olunacaq.
Sərgidə iştirak edəcək yerli turizm şirkətləri öz xidmətlərini və məhsullarını ziyarətçilərin diqqətinə çatdıracaqlar. Sərgidən əldə olunacaq gəlir sosial layihələrin həyata keçrilməsinə yönələcək.
Sərgiyə giriş sərbəstdir.
Təşkilatçılar:
1. Park Bulvar AVM
2. Azərbaycan Turizm Agentlikləri Asossiasiyası
3. Az fest Group.
Media dəstəyi:
1. Admedia
2. Asan radio
3. İdman tv