sosial-sahibkarlarin-korporativ-satinalmalar-sergisi-heyata-kecirilecek--

"Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi" həyata keçiriləcək!

GUYS Group "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi"nin tərəfdaşıdır.

"Dəstəkçi"-  Sosial Sahibkarlıq Platfoması və Education Hub-ın təşkilatçılığı ilə "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi" həyata keçiriləcək.

Sərgi KOBİA və  PAŞA Bank-ın dəstəyi ilə "Azərbaycanda sosial dəyər həftəsi" silsilə tədbirləri çərçivəsində həyata keçirilir. 

"Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi" - Azərbaycanda faəliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, orqanik və etik məhsullar istehsal edən mikro və kiçik sahibkarlıq subyektləri və aqroturizm subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsullar daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirən tədbirdir.

Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, orqanik, etik , aqroturizm məhsul və xidmətlər təklif edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor, orta və böyük biznesləri arasında əməkdaşlığın qurulmasını təşviq etmək və özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasıdır.

Sərgi 11 oktyabr 2023 saat 11:00-17:00 aralığında Bakı KOB evində həyata keçiriləcək. 

Qeyd: Sərgidə sosial sahibkarlıq və aqroturizm müəssisələrinin iştirakı və həmçinin korporativ şirkətlərin isə ziyarətçi qismində iştirakı ödənişsizdir 

Korporativ şirkətlər üçün qeydiyyat: (ziryarətçi qismində iştirak) 

Link

Sosial sahibkarlar və aqroturizm müəssisələri üçün qeydiyyat: (stend ilə iştirakçı qismində iştirak)

Link