sosial-sahibkarlarin-korporativ-satinalmalar-sergisi-konullu-qeydiyyatini-aciq-elan-edir--

"Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi"  Könüllü qeydiyyatını açıq elan edir!

"Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi"  Könüllü qeydiyyatını açıq elan edir!

Əziz gənc, əgər sən də bu sərginin bir parçası olub,  öz şəxsi və peşəkar əlaqələrini genişləndirərək, yaddaqalan bir  təcrübə yaşamaq   istəyirsənsə bu elan sənin üçündür.

"Dəstəkçi"- Sosial Sahibkarlıq Platfoması və Education Hub-ın təşkilatçılığı ilə "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi" həyata keçiriləcək.

 Sərgi KOBİA və PAŞA Bank-ın dəstəyi ilə "Azərbaycanda sosial dəyər həftəsi" silsilə tədbirləri çərçivəsində həyata keçirilir.

"Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi" - Azərbaycanda faəliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, orqanik və etik məhsullar istehsal edən mikro və kiçik sahibkarlıq subyektləri və aqroturizm subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsullar daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirən tədbirdir.

Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, orqanik, etik , aqroturizm məhsul və xidmətlər təklif edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor, orta və böyük biznesləri arasında əməkdaşlığın qurulmasını təşviq etmək və özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasıdır.

Sərgi 11 oktyabr 2023 saat 11:00-17:00 aralığında Bakı KOB evində həyata keçiriləcək.

Yüzə yaxın  fərqli sahə və sektorları əhatə edən  mikro, kiçik, orta və böyük bizneslərin bir araya
gəldiyi bu sərgidə mən də olmalıyam deyirsənsə qeydiyyatdan keçməyə tələs.

Qeyd: Könüllülər rəsmi möhürlü sertifikat  ilə  təmin olunacaq. 

Axtardığımız könüllülər kimlərdir: 

-      Sosial aktiv, dinamik
-      Təşkilati işlərdə bacarığı olan 
-      Ünsiyyət qabiliyyəti yüksək olanlar 

Qeyd2: Yalnız seçilən könüllülərlə əlaqə saxlanılacaq 

Son müraciət tarixi: 5 oktyabr  2023-cü il