sosial-sigorta-daxilolmalari-bu-ilin-10-ayinda-2862-mln-manat-ve-ya-101--artib--

Sosial sığorta daxilolmaları bu ilin 10 ayında 286,2 mln. manat və ya 10,1 % artıb

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri tərkibində sosial sığorta daxilolmalarında bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 10,1 % və ya 286,2 mln. manat artım qeydə alınıb.

 Həmin dövrdə sosial sığorta daxilolmaları qeyri-büdcə təşkilatları üzrə 10,5%, büdcə təşkilatları üzrə  4,4% artıb.

 Xatırladaq ki, bu ilin 10 ayında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5%  və ya 380 mln. manat artaraq 4 372 mln. manat, xərcləri 3,7%  və ya 146 mln. manat artaraq 4 054 mln. manat təşkil edib. Fondun xərclərinin 97%-i əhaliyə ödənişlərdən ibarət olub.