sosial-teatrin-gucu-telimine-qebul-baslamisdir

“Sosial Teatrın Gücü” təliminə qəbul başlamışdır!

"Sosial Teatrin Gücü" təliminə qəbul başlamışdır!

Təlimin məqsədi, 18-29 yaş arası münaqişədən birbaşa və dolayı yolla təsirlənən gənclərin sosial teatr və onun mexanizmləri, münaqişə mövzusunda incəsənətin və bilavasitə sosial teatrın rolu haqqında agahlığını artırmaqdır. Təlim intensiv olaraq 5 günü tam əhatə edəcək və təlimlər həm nəzəri, həm praktiki əsaslarla təşkil olunacaq. Təlim peşəkar təlimçi tərəfindən həyata keçiriləcək. Təlimi uğurla başa vuran iştirakçılar sonda sertifikatla təltif ediləcək.

Keçirilmə tarixi: 26, 27, 28 fevral və 1, 2 mart 2023

(26 fevral saat 10:30-18:30, digər günlər 12:00-20:00)

Məkan: Baku Community Space

Müraciət üçün son tarix: 20 fevral 2023

QEYD: Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik.


Müraciət formu