sosial-tedqiqatci-olmaq-isteyen-genclerin-nezerine--

Sosial tədqiqatçı olmaq istəyən gənclərin nəzərinə!

Əziz gənclər!

Demokratik Təşəbbüslər İnstitutu gənc tədqiqatçılar yetişdirmək, onların tədqiqat bacarıqlarını inkişaf etdirmək üçün təlimə çağırış elan etməkdən məmnunluq duyur.

Gənc Sosial Tədqiqatçılar Məktəbi 18-30 yaş aralığında olan gənclərin tədqiqat qabiliyyətlərinin artırılması ilə aşağıdakı hədəflərə nail olmağa çalışır:

- Azərbaycan cəmiyyətinin daxili dinamikasının tədqiqi və bu dinamikanın insan hüquq və azadlıqları ilə qarşılıqlı əlaqəsini ortaya çıxarmaq üçün mütəmadi sübut-əsaslı tədqiqatların təşkili, hazırlanması və yayılması;
- Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının təşkil etdiyi fəaliyyətlərin ehtiyac-əsaslı rasionallaşdırılması naminə ehtiyacların dəyərləndirilməsinin keyfiyyətinin artırılması.

Təlim boyunca iştirakçılar sosial elm nəzəriyyəsi və tədqiqat metodologiyaları ilə bağlı məlumatlanacaq, təlimin davamı olaraq əldə olunan bilik və bacarıqları tətbiq etmək imkanı əldə edəcəklər.

SEÇİM ÜÇÜN KRİTERİYALAR:

- Sosial tədqiqata maraq;
- Sosial tədqiqatla bağlı təcrübəyə malik olmaq arzuolunandır.

Təlimin bütün sessiyalarında iştirak, habelə təlim sonrası verilən tapşırıqların yerinə yetirilməsi zəruridir.
Seçimlər müraciət formasına verilən cavablar və fərdi seçim müsahibələri əsasında ediləcəkdir.

Seçilmiş iştirakçılarla əlaqə yaradılacaq, təlim proqramı ilə bağlı məlumat və təlim prosesi ilə bağlı digər zəruri məlumatlar veriləcəkdir.

Son müraciət tarixi: 28 Oktyabr 2021

Yaş həddi: 18-30 yaş aralığı

  • Müraciət etmək üçün aşağıdakı linkə keçid edin.