StartupFest Gəncə proqramına start verilir!
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyi və Koreya Respublikasının E-Asiya va Bilik Tərəfdaşlığı Fondunun dəstəyilə Gəncə-Daşkəsən iqtisadi rayonunda StartupFest Gəncə proqramına start verilir. Proqramın məqsədi təmiz enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasıdır. Proqram çərçivəsində startap müsabiqəsinin təşkili, startaplar üçün təlimlərin və akselerasiya proqramının keçirilməsi nəzərdə tutulur.
StartupFest proqramına qoşulmaq üçün son qeydiyyat tarixi dəyişdi: 24 Mart