"STEAM Təcrübə Proqramı 2023" elan edir!
STEAM Azərbaycan layihəsi məzun və magistrların bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə "STEAM Təcrübə Proqramı 2023" elan edir!
Programa 2020-2023-cü tədris illərinin məzunları və hazırda magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilər.
Təcrübə proqramı (modullar):
STEAM metodologiyalar;
Robototexnika;
3D modelləşdirmə və 3D Cap;
Mühəndislik;
Kodlaşdırma.
Yarış və tədbirlər:
Beynəlxalq STEAM Azərbaycan Festivali 2023-a hazırlıq prosesi;
STEAM Innovasiya Mərkəzində fəaliyyətlər;
STEAM Mərkəzlərinə səfərlər.
Ödənişsiz proqramda iştirak üçün müraciət etmək istəyənlər CV-lərini 9 iyul 2023-cü il saat 09:00-a qədər [email protected] ünvanına göndərməlidirlər. Təcrübə proqramına 12 iyul tarixindən start verilir, müddəti haqqında məlumat müsahibə zamanı bildiriləcək.