STEM sahələrində çalışan mütəxəssislər və bu sahələrdə qadınların iştirakını dəstəkləyənlər!
STEM sahələrində çalışan mütəxəssislər və bu sahələrdə qadınların iştirakını dəstəkləyənlər!
Sizləri “Qadınlar STEM-də” (Women in STEM) kampaniyası çərçivəsində təşkil edilən “STEM sahələrində qadınların rolu” mövzusunda dəyirmi masa müzakirəsinə dəvət edirik.
Dəyirmi masanın əsas məqsədi STEM sahələrində qadınların rolunu işıqlandırmaq, bu sahələrdə qadınların iştirakını artırmaq üçün strategiya və imkanları araşdırmaq və bu prosesin yerli və milli səviyyələrdə sürətləndirilməsində mühüm rol oynayan əsas amilləri müəyyənləşdirməkdir.
Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, özəl və biznes sektorun nümayəndələri, müstəqil ekspertlər iştirak edəcəklər.
3 paneldən ibarət olacaq dəyirmi masada aşağıdakı mövzular üzrə fikir mübadiləsi aparılacaq:
- “STEM sahələrində qadınların hüquq və səlahiyyətlərinin artırılması istiqamətində dövlət siyasəti və strategiyası”;
- “STEM sahələrində inkişaf etmək istəyən qadınların dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu”;
- “STEM sahələrində qadınlar üçün hərəkətverici güc kimi özəl sektor”.
Dəyirmi masa 20 aprel saat 14:00-da JW Marriott Absheron otelin Xocasən zalında baş tutacaqdır.
STEM sahələrində çalışan mütəxəssislər və bu sahələrdə qadınların iştirakını təşviq edən təşkilatların nümayəndələrini dəyirmi masada iştirak etməyə dəvət edirik.
İştirak üçün [email protected] e-mail ünvanına istək məktubunuzu göndərək müraciət edə bilərsiniz.