step-into-your-future-layihesi-mohtesem-tecrube-kecmek-imkanini--teqdim-edir--

“STEP into Your Future” layihəsi möhtəşəm təcrübə keçmək imkanını təqdim edir

Sizə “STEP into Your Future” layihəsinin möhtəşəm təcrübə keçmək imkanını  təqdim edirik.

Təlimlər boyunca ən çox aktivlik nümayiş etdirən şəxsə “Juris-Prudentia” hüquq şirkətində hüquq işləri üzrə təcrübə keçmək imkanı veriləcək.

Təcrübə proqramı distant şəkildə 3 ay ərzində baş tutacaq.

Proqramı uğurla bitirən təcrübəçiyə sonda sertifikat və tövsiyə məktubu veriləcək.

Qeyd edək ki, “Juris-Prudentia” MMC Azərbaycanda yaradılmış ilk hüquqi sənəd databazasıdır. Bu onlayn databazada qanunvericiliyin tələbləri və praktiki məqamlar nəzərə alınaraq hazırlanmış müqavilələr, ISO 9001:2015 beynəlxalq standartlarına cavab verən prosedurlar, şirkətdaxili korporativ sənədlər və s. hüquqi sənədlərdən ibarətdir.

 

Qeydiyyat linki

Son müraciət tarixi: 30.09.2021