stp-sirketler-qrupu-qazi-ovladlarini-yeni-tedris-ilinin-baslanmasi-ile-bagli-tebrik-etdi

STP şirkətlər qrupu qazi övladlarını yeni tədris ilinin başlanması ilə bağlı təbrik etdi

      STP Şirkətlər Qrupunun komandası Qarabağ müharibəsində iştirak etmiş əməkdaşlarının məktəb yaşlı uşaqları ilə görüşüb.  Görüş qazi övladlarını yeni tədris ilinin başlaması münasibəti ilə təbrik etmək və onları təhsilə daha da həvəsləndirmək məqsədi ilə keçirilib.  Bu münasibətlə qazilərin məktəbli  övladlarına tədrisin innovativ imkanlarından istifadə etmək üçün planşetlər və qiymətli məktəb ləvazimatları hədiyyə edilib. 
      Tədbir zamanı STP-nin  Baş İnsan Resursları inzibatçısı və İdarə Heyətinin üzvü  Şölə Əliyeva və digər rəhbər heyət çıxış edərək bildiriblər ki, ataları müharibədə qəhrəmanlıq göstərərək dövlətimizi qalib etdikləri kimi, uşaqlardan da daha yaxşı təhsil alaraq ölkənin intellektual gücünün inkişaf etdirilməsində töhvə vermələrinə ümid edirik. STP, regionun ən böyük sənaye kompleksini idarə edən şirkət olaraq bu prosesdə gənclərimizə hər zaman dəstək verməyə hazır olduğunu qeyd ediblər.
     Tədbir uşaqlarla çay süfrə arxasında səmimi müzakirələrlə davam etdirilib.