stress-zamani-beynimiz

Stress zamanı beynimiz

         Həyatınızda verəcəyiniz ən vacib qərarlardan bəziləri özümüzü stresli və narahat hiss edərkən baş verir. Tibbi qərarlardan tutmuş maliyyə və peşəkar qərarlara qədər bizdən çox vaxt stresli şəraitdə məlumatı ölçmək tələb olunur. Məsələn, fors-marjor hallar zamanı bir sıra vacib seçimlər etməli oluruq və bu zaman əksəriyyətimiz stresli olur. Belə şəraitdə məlumatı emal və istifadə etmə prosesində nə baş verir?
         Nyu-Cersidəki Prinston Neyrologiya İnstitutunda çalışan Neil Qarret və bir qrup mütəxəssis zehnin yüksək stress altında necə işlədiyini araşdırmaq üçün Kolorado ştatındakı yanğınsöndürmə məntəqələrinə gedilir. Yanğınsöndürənlərin iş günləri bir qədər dəyişir. Bəzi günlər olduqca rahatdır; vaxtlarının bir hissəsini yük maşınının yuyulmasına, avadanlıqların təmizlənməsinə, yemək bişirməyə və oxumağa sərf edirlər. Digər günlər bir çox həyati təhlükə daşıyan vəziyyətlərdə iştirak edirlər; onlar tələyə düşmüş sakinləri xilas etmək üçün yanan evlərə girir və təcili tibbi yardım göstərirlər. Mütəxəssislər müddət ərzində insanların təzyiq altında məlumatdan istifadə qabiliyyətinin dəyişməsi ilə bağlı eksperiment aparırlar. Aparılan eksperimentin nəticəsinə görə təhlükə zamanı stress yanğınsöndürənlərin məlumatı emal etməsini daha da sürətləndirir və effektiv edir. 
          Daha sonra bir panel tərəfindən qiymətləndiriləcək, qeydə alınacaq və internetdə yerləşdiriləcək sürpriz bir ictimai çıxış etməli olduqları deyilən bakalavrlarda da eyni nümunəni müşahidə edilir. Əlbəttə ki, onların kortizol səviyyələri və ürək döyüntüləri yüksəlir və onlar birdən-birə həyəcan verici məlumatları daha yaxşı emal edirlər.
         İstər şəxsi (tibbi diaqnoz gözləyən), istərsə də ictimai (siyasi qarışıqlıq) stresli hadisələrlə qarşılaşdığımız zaman hər hansı xəbərdarlığı qəbul etməyə səbəb ola biləcək fizioloji dəyişiklik baş verir. Stress altında olan insanların sinir fəaliyyətinə baxmaq üçün beyin skanlarından istifadə edilən bir araşdırma bu hadisəni öyrənmək üçün vacib olan (proqnozlaşdırma xətası kimi tanınır), sinir siqnalının qəfil artması ilə əlaqəli olduğunu aşkar etdi. (qorxu ifadə edən üzlər kimi). Bu siqnal beyində olan dopaminə əsaslanır və stress altında dopaminin funksiyası kortikotropin adlanan molekul tərəfindən dəyişdirilir.
         Bu system ibtidai insanların sağ qalmasına kömək edib. Əcdadlarımız ac heyvanlarla dolu bir yaşayış yerində yırtıcılardan qaçmaq üçün bu bacarıqdan istifadə ediblər. Təhlükəsiz bir mühitdə daim yüksək həyəcan vəziyyətində olmaq da yorucu olardı. Müəyyən bir məlumatsızlıq ağlımızı rahat saxlamağa kömək edə bilər. Beləliklə, “neyron keçid”ləri ətrafınızdakı dəyişikliklərə cavab olaraq xəbərdarlıqları emal etmək qabiliyyətinizi avtomatik olaraq artırmaq və ya azaltmaq üçün faydalı ola bilər. Əslində, klinik depressiya və narahatlıq keçirən insanlar ətrafdakı bütün mənfi mesajları qəbul etmə vəziyyətindən çıxa bilmirlər.
         Stressin bir insandan digərinə sürətlə keçdiyini başa düşmək vacibdir. İş yoldaşınız streslidirsə, daha çox gərginləşirsiniz və özünüzü stresli hiss edirsiniz. Beynimiz emosiyaları tez bir zamanda bir-birinə ötürmək üçün nəzərdə tutulub, çünki onlar tez-tez vacib məlumatları ötürürlər. San-Fransisko Kaliforniya Universitetinin emosiya professoru Vendy Berry Mendes və onun həmkarları müəyyən ediblər ki, körpələr yenicə sosial stress keçirən analarının qucağında olduqda körpələrin ürək döyüntüləri də yüksəlir. Ananın ürək döyüntülərindən körpəyə təhlükə mesajı ötürülür və nəticədə körpə yad insanlarla ünsiyyətdən yayınır.
         Emosiyaların davranışımıza təsir etməsi üçün kimsə ilə eyni otaqda olmağa belə ehtiyac yoxdur. Tədqiqatlar göstərir ki, sosial mediada gün batımı şəkilləri kimi müsbət xəbərləri müşahidə etsək, pozitiv mesajlar göndərmə ehtimalımız daha yüksəkdir. Kafedə uzun növbə ilə bağlı şikayətlər kimi mənfi yazıları müşahidə etsək, daha çox mənfi yazılar yazacağıq.
         Amerika Psixoloji Dərnəyinin keçirdiyi sorğuya görə, telefonunuzu dəfələrlə yoxlamaq stresslə bağlıdır. Başqa sözlə, təkamülün bizi aclıqdan əziyyət çəkən yırtıcılardan qaçmaq üçün təchiz etdiyi əvvəlcədən proqramlaşdırılmış fizioloji reaksiya indi sosial media tərəfindən hərəkətə keçirilir. Bir araşdırmaya görə, post paylaşmaq nəbzinizi yüksəldir və göz bəbəyinizi gündəlik fəaliyyətlərdən daha çox böyüdür. Ümid kimi müsbət emosiyalar da yoluxucudur və insanları həll yolları tapmaq üçün hərəkətə keçməyə sövq etməkdə güclüdür. İnsanların emosional vəziyyəti ilə məlumatı necə emal etdikləri arasında sıx əlaqənin fərqində olmaq bizə mesajlarımızı daha effektiv şəkildə tərtib etməyə kömək edə bilər.