Sumqayıt Gənclər evində “Könüllülük Akademiyası” proqramına qeydiyyat davam edir
Sumqayıt Gənclər Evi-nin Könüllüsü ol!
Əziz gənclərimiz! Gənc olaraq uğur qazanmaq, öyrənmək və qazandığınız təcrübələr ilə gələcəyinizi qurmaq istəyirsiniz?!
Elə isə bizə qoşulun! Təcrübəli komanda ilə birlikdə inkişaf etmək, əylənərək öyrənmək və gəcnliyinizin səmərəli təşkili üçün “Sumqayıt Gənclər Evi” nin Könüllüsü olun!
“Könüllülük Akademiyası” proqramına, təhsil səviyyəsindən asılı olmayaraq, 15-27 yaş arası şəxslər qatıla bilərlər. Onlar, aşağıda qeyd olunan növbəni seçməli və həmin növbəyə uyğun fəaliyyət göstərməlidirlər:
I növbə: fəaliyyət müddəti həftə içi 5 gün 10:00-13:00
II növbə: fəaliyyət müddəti həftə içi 5 gün 14:00-17:00
Bu müddət ərzində müxtəlif təlimlərə və fəalliyyətlərə cəlb olunmaqla siz:
- Şəxsi inkişaf və təcrübəyə nail olacaq:
- İntellektual və əyləncəli dostlar qazanacaq:
- Peşəkar və uğurlu komandanın bir parçası olacaq:
- Komanda ilə işləmə bacarıqlarınızı artıracaq;
- Gələcək karyeranıza tətbiq edəcəyiniz bilik və bacarıqlar qazanacaq;
- Yeni insanlarla tanış olacaq və əlaqələrinizi genişləndirəcək;
- Yerli və beynəlxalq layihələrdə iştirak imkanı qazanacaqsınız:
3 ayı müvəffəqiyyətlə başa vuran könüllülərimiz sertifikatla təltif olunacaqlar
Könüllülərin fəaliyyət istiqamətləri:
- Yeni ideya və layihələrin hazırlanması;
- Təqdimatların hazırlanması;
- Kitab müzakirələrinin hazırlanması;
- Film günlərinin təşkili;
- Əl işlərinin hazırlanması;
- İntellektual oyunların hazırlanması.