sumqayit-ve--baki-seherlerinde-emek-yarmarkasi-kecirilecek

Sumqayıt və Bakı şəhərlərində əmək yarmarkası keçiriləcək!

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının dəstəyi ilə Sumqayıt şəhərində “Giltex” MMC-nin, Bakı Regional Məşğulluq filialının və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində əmək yarmarkası keçiriləcək.

Bakı şəhərində baş tutacaq yarmarkada 15 müəssisə tərəfindən 350 vakansiyanın təqdim olunması nəzərdə tutulub.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan və tarix:

Sumqayıt şəhəri, Sülh küçəsi 2 (“Giltex”MMC-nin inzibati binası)

13 iyun, 2023

10:00-13:00

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı Gənclər Evinin inzibati binası) 

14 iyun, 2023

10:00-13:00