sumqayitda-2-ayliq-telimler-kursu-esas-heyat-bacariqlari-proqrami--

Sumqayıtda 2 aylıq təlimlər kursu: “Əsas Həyat Bacarıqları” proqramı!

Gənclər, yenidən “Əsas Həyat Bacarıqları” proqramına start verildi!

Sentyabr-oktyabr aylarını əhatə edən proqram çərçivəsində keçiriləcək təlimlər kursu sizin şəxsi inkişaf, özünə inam, stresə davamlılıq və məqsədlərinizi müəyyənləşdirməyə töhfə vermək məqsədi daşıyır.

Silsilə formada davam edən təlimlərin əsas mövzuları:

  • Özünütanıma;
  • Şəxslərarası münasibət;
  • Düşünmə bacarıqları.

Təlimlər zamanı müxtəlif praktiki tapşırıqlar, master-klaslar, enercayzerlər təşkil olunacaq.

Ümumilikdə 2 ay davam edəcək proqram daxilində 16 mövzuda təlimlər baş tutacaq. Təlimlər interaktiv metodlarla keçiriləcək.

 Qeydiyyat 

Son müraciət tarixi: 15 sentyabr 23:59
Qeydiyyatdan keçən gənclər müsahibə mərhələsinə dəvət olunacaq və qruplar formalaşdırılacaq.
Təlimlər 23 sentyabr tarixindən başlayacaq.

Qeyd: Təlimdə 14-18 yaş arası gənclər iştirak edə bilər.

İştirak etmək ödənişsizdir!

Qeyd edək ki, “Əsas Həyat Bacarıqları” proqramı Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə əməkdaşlığı ilə keçiriləcək.