sumqayitda-emek-yarmarkasi--

Sumqayıtda Əmək yarmarkası!

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun təşəbbüsü ilə əmək yarmarkası keçiriləcək.

Tədbirdə 20 müəssisə tərəfindən 120-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

Vakansiyalar, #iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Əmək yarmarkası keçiriləcək ünvan və tarix:

Ünvan:Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi 245 (Hədəf kursları Sumqayıt filialının inzibati binası)

Tarix: 2 mart, 2023

Saat: 10:00 – 13:00