sumqayitda-inkisafdasen-adli-forum-kecirilecek--

Sumqayıtda “İnkişafdaSƏN!” adlı forum keçiriləcək!

Ocaq İctimai Birliyi, Sumqayıt Gənclər Klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin təşkilatçılığı ilə gənclərin fərdi inkişafına dəstək və asudə vaxtın səmərəli təşkili məqsədi ilə “İnkişafdaSƏN!” adlı forum keçiriləcək.

Forumun qonaqları:
1.SAF Farma Pharmacy&Marketing İnsan Resursları departamentinin rəhbəri Fəridə Hüseynova
2.Dövlət Məşğulluq Agentliyi Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı
3. Psixoloq, yazar, təlimçi Fidan Nizamova
4. Araşdırmaçı, Neyromarketinq Ekspert Orxan Şahbaz

Forumun mövzuları:
- Özünü tanı seçimi öz əlində saxla
- Bizi nə dəyərli edir?
- Biznes psixologiyası
- Danışanda üzümə bax!
Hansına?
 İnandırma Psixologiyası və Manipulyasiya.

Qeydiyyat

Tarix: 03.12.2023
Saat: 12:00
Məkan: Sumqayıt Heydər Əliyev Mərkəzi