sumqayitda-mekteb-direktoru-vezifesine-musabiqe-elan-olunur--

Sumqayıtda məktəb direktoru vəzifəsinə müsabiqə elan olunur

Sumqayıtda məktəb rəhbəri olmaq istəyənlər üçün müsabiqə elan olunur. Sumqayıt24 bu haqda 23 iyun tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

İdarənin tabeliyində fəaliyyət göstərən 37, 42 nömrəli təhsil ocaqlarına və “Evdə” fərdi tədris məktəbinə direktorların seçimi həyata keçirilir. Namizədlər üçün tələblər:

  • pedaqoji ixtisas üzrə ali təhsil;
  • 5 ildən az olmayaraq pedaqoji staj;
  • hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.

Müsabiqə iştirakçıları əvvəlcə test imtahanında iştirak edəcək. Uğur qazanan namizədlərlə ikinci mərhələdə müsahibə keçiriləcək.

Tələb olunan sənədlər (kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının, ali təhsil haqqında sənədin və əlavənin surəti) 30 iyunadək Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim edilməlidir.

Qeyd edək ki, ötən bu vakansiya üzrə müsabiqənin test imtahanında uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş şəxslər), lakin müsahibədə iştirak etməmiş namizədlər birbaşa müsahibə mərhələsinə dəvət olunacaqlar.

Seçim prosesi 15 iyuladək davam edəcək.