Sumqayıtda Ödənişsiz Psixoloji Təlim: “Münasibətlər şəxsi inkişafımıza necə təsir göstərir?”
Peşəkar psixoloq və təlimçilərimiz Nərmin Daşdəmirli və Rüfət Xəlilzadənin mentorluğu ilə baş tutacaq “Münasibətlər şəxsi inkişafımıza necə təsir göstərir?” adlı təliminə qoşularaq siz:
- Özünüzü daha yaxşı tanımağın metodlarını;
- Potensialınızdan düzgün istifadənin yollarını;
- Yeni əlaqə və münasibətlər qurmaq üçün lazım olan səriştələrə yiyələnməyi;
- Münasibətləri daha sağlam qurmağın yollarını öyrənə bilərsiniz.
Qeyd edək ki, təlim Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi, Sumqayıt Bələdiyyəsi və “ASAN” xidmət mərkəzinin birgə əməkdaşlığı ilə keçiriləcək.
5 sentyabr
16:00
Sumqayıt Bələdiyyə parkı
Qeydiyyatdan keçib təlim keçirələcək yerə gəlməyiniz kifayətdir.