suni-intellekt-ve-data-elmi-layihesinin-istirakcilarina-karyera-inkisafi-istiqametinde-seminarlar-kecirilib--

"Süni intellekt və data elmi" layihəsinin iştirakçılarına karyera inkişafı istiqamətində seminarlar keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin ekspertləri tərəfindən "Süni intellekt və data elmi" layihəsinin iştirakçılarına karyera inkişafı istiqamətində seminarlar keçirilib.

Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarlarda  iştirakçılara “Karyera planlamasına haradan başlamalıyıq?” və ”Effektiv müsahibə texnikaları” mövzusundan geniş bəhs olunub.

Agentliyin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı tərəfindən keçirilən “Karyera planlamasına haradan başlamalıyıq?” mövzusunda baş tutan seminarda iştirakçılar karyera planlamasında diqqət edilməli vacib məqamlar haqqında ətraflı məlumat əldə ediblər. 

Daha sonra Mərkəzi Karyera filialının Layihələr və monitorinq şöbəsinin əməkdaşı Ülviyyə Rüstəmli “Effektiv müsahibə texnikaları” mövzusunda seminar iştirakçılarına ətraflı məlumat verib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının Təhsil İnstitutu