"Suraxanı" Gəmi-Muzeyi təcrübə proqramına start verilir!
Muzeydə təcrübə proqramına yenidən start verilir!
Əziz Gənc Könüllü!
"Gənc Könüllülər" İctimai Birliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” Gəmi-Muzeyinin birgə tərəfdaşlığı ilə təcrübə proqramı yaradılmışdır. Gənc Könüllülərin "Suraxanı" Gəmi-Muzeyində təcrübə müddəti 3 ay müddətində, yalnız həftəsonlarını əhatə etməkdədir. Siz qeyd olunan həmin 3 ay müddətində muzeydə bələdçilik, araşdırma, idarəetmə, işgüzar qayda və ünsiyyət bacarıqlarını təkmilləşdirəcək, həmçinin müxtəlif beynəlxalq layihələrdə iştirak etmək, istənilən öz təşəbbüs və layihələrinizi reallaşdırmaq imkanı əldə edəcəksiniz.
Sizlər üçün böyük imkanların təqdim olunduğu həmin təcrübə proqramında iştirak etmək üçün qeydiyyatdan keçməniz lazımdır. İlkin dəyərləndirmədən sonra qeydiyyatı uyğun görülən gənclər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 16 fevral 2023