Tam təqaüd ilə "Front-end Developer" kursuna qəbul başladı!
"Social Innovation Lab" MMC tərəfindən Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə həyata keçirilən "Front-end Developer" kursuna müraciət et və 10 nəfərlik təqaüd qazananlardan biri sən ol.
Təqaüd proqramının faydaları:
- Tam təqaüdlə tamamilə ödənişsiz olaraq peşəkar təlimçilər tərəfindən təlimlər
- Proqram müddətində CV qurulması, müsahibəyə hazırlıq və digər əlavə vacib təlimlər
- Təlimlərdən əlavə məşğuliyyət üçün şəhərin mərkəzində, ödənişsiz müasir ofis şəraiti
- Bakıdan xarici şirkətlərdə işləyən peşəkar mütəxəssislər ilə konsultasiya imkanı
- Hazırda bazarda aktiv fəaliyyət göstərən texnologiya əsaslı startap şirkətlər ilə gündəlik ünsiyyət imkanı
- Startapların qurulmasına maraq göstərən tələbələr üçün konsultasiya və dəstək.
Müraciət et və İT mütəxəssisi kimi karyeranı inkişaf etdir.