tebiet-fenlerinin-inteqrativ-tedrisi-adli-vebinar-teskil-olunacaq--

“Təbiət fənlərinin inteqrativ tədrisi” adlı vebinar təşkil olunacaq

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 24 avqust saat 19:00-da “Təbiət fənlərinin inteqrativ tədrisi” adlı vebinar təşkil edəcək.

Vebinarın spikerləri təbiət fənləri üzrə mütəxəssislər Rəşad Səlimov və Yalçın İslamzadə, tədbirin moderatoru isə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olacaq.

Onlayn tədbir ARTİ-nin rəsmi “feysbuk” səhifəsi üzərindən həyata keçiriləcək.

Vebinarın keçirilməsində əsas məqsəd təbiət fənlərinin erkən yaşlardan etibarən inteqrativ tədrisinin üstünlüklərinin, təhsil reformları istiqamətində V sinifdə Təbiət fənninin tədris planına daxil edilməsinin müzakirəsidir.

Həmçinin vebinar zamanı təbiət fənninə aid və hal-hazırda hazırlanmaqda olan dərslik komplektindən danışılacaq.

Qeyd edək ki, Sinqapurun təhsil şirkətləri ilə birgə effektiv əməkdaşlıq davam edir.

Bu əməkdaşlıq çərçivəsində Riyaziyyat fənni və Təbiət fənləri üzrə təhsil proqramlarının və dərslik komplektlərinin təkmilləşdirilməsi məqsədilə işlər görülür.